Məşhurları Şəmkirə toya gətirən ailə barədə ilginc faktlar
Dünən Şəmkirin Şiştəpə kəndində Rusiyada yaşayan məşhur iş adamı Bayram Musayevin oğlunun toy mərasimi baş tutub.
Toyda məşhur türk sənətçisi Mustafa Cecəli və Rusiyada yaşayan tanınmış müğənni Nuri Sərinləndirici ilə Ceyn iştirak edib. Toyun aparıcısı Saleh Bağırov olub.
Qeyd edək ki, oğlanın əmisi Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz bazarının 80 faizindən çoxunu, eləcə də, Azərbaycandan bu şəhərə meyvə-tərəvəz təchizatını nəzarətdə saxlayan “Akhmed Fruit Co” şirkətinin sahibi Aydın Paşa oğlu Musayevdir. “Akhmed Fruit Company” şirkəti 15 ildən çoxdur ki, fəaliyyət göstərir və nəinki Azərbaycandan, eləcə də Avropa ölkələrindən (sanksiyalardan qabaq), Afrikadan, Cənubi Amerikadan Rusiya bazarlarına meyvə-tərəvəz idxalı ilə məşğul olur.
Maraqlı məqamlardan biri də odur ki, Aydın Musayev ləğv edilmiş MTN-də formalaşmış Çovdarov-Mahmudov mütəşəkkil qruplaşmasının qubanlarındandır.
Bəyin atası Bayram Musayev isə Sankt-Peterburqda biznes fəaliyyəti ilə məşğuldur. Məlumata görə, Mustafa Cecelinin bu möhtəşəm büsatda iştirakı əminin qardaşoğluna toy hədiyyəsidir.
yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...