SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zaur Mikayılovun agentliyi şəhid adına küçəni viran qoyub - NARAZILIQ VAR...

Zaur Mikayılovun agentliyi şəhid adına küçəni viran qoyub - NARAZILIQ VAR...

Tarix:

27-06-2024, 18:33

/ 313 dəfə oxundu.
Zaur Mikayılovun agentliyi şəhid adına küçəni viran qoyub - NARAZILIQ VAR...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSUA) Ramanı qəsəbəsində Şəhid adına olan küçəni viran qoyub. Tribunainfo.az xəbər verir ki, Şəhid Elşən Məhərrəmli küçəsində qış aylarından aparılan təmir işlərindən sonra yol keçilməz hala gəlib.
Sakinlərin bildirdiyinə görə, yol uzun müddət normal təmirli olub. Geniş olmasa da, qəsəbənin ana yolu kimi istifadə olunub. Üstəlik, Şəhid Elşən Məhərrəmov küçəsi Heydər Əliyev prospekti ilə Maştağa şossesini birləşdirən əsas yollardan biri hesab olunur.
Lakin bu ilin əvvəlində ADSUA ana su xətlərinin təmiri adı ilə yolun böyük hissəsini qazaraq, boruların dəyişdirilməsi prosesini həyata keçirib. Təmir-bərpa işləri başa vurulduqdan sonra qazılmış hissəslərin bərpa edilməsi yerinə, oraya nazik qatlı asfalt vurulması ilə kifayətlənib. Nəticədə, yol bərbad hala düşməklə yanaşı, daralaraq həm də birgedişi yola çevrilib.
Sakinlər Tribunainfo.az-a bildiriblər ki, normal hava şərtlərində sürücülərin hərəkət etməsi çətin olsa da, bunun öhdəsindən gələ bilirlər. Lakin yağış və qarlı havada yolla hərəkət etmək cəhənnəm əzabına çevrilir. Çünki yol su altında qalır, iri çuxurları müəyyən etmək mümkün olmur və avtomobillərin əksər hallarda həmin çuxurlara düşərək xarab olması “normaya” çevrilir.
Amma bir başqa problem ondadır ki, dəfələrlə bununla bağlı Agentliyin rəhbərliyinə edilən müraciətlərə heç bir cavab vermirlər. Qurumdan deyilən odur ki, təmir-bərpa işlərini onlar deyil, hansısa podratçı şirkət həyata keçirib və məsuliyyət onların deyil. Halbuki Agentlik təmir-bərpa işlərini hansısa podratçı şirkətə həvalə etsə belə, görülən işləri təhvil almağa məsuldur. Madam sifarişçi Agentlikdirsə, o zaman hansı əsasla bərbad hala salınmış yolu və su xəttini təhvil alıblar?
Bu azmış kimi, bütün qəsəbəni su ilə təhciz edən ana su xəttinin yenidən qurulmasından sonra su sızma halları da çoxalıb. Yəni, görülən keyfiyyətsiz iş, bunun yaratdığı sızmalar səbəbindən keyfiyyətsiz və nazik asfalt qatı dağılmağa başlayır. Ara-sıra vurulan yamaqların isə heç bir xeyri yoxdur.
Bəla ondadır ki, həmin sızma olan yerləri düzəltmək üçün iş görülməsi əvəzinə, ora iri daşlar düzməklə kifayətlənirlər.
Sakinlər onu da deyirlər ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun rəhbəri Zaur Mikayılovun hərəkəti Şəhid adına hörmətsizlikdir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ