SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

"Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

Tarix:

15-06-2024, 12:41

/ 699 dəfə oxundu.
"Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?" - ETİRAZ

"Sürdüyüm maşının yanacaq çəni Süni Zəka proqramının dəqiq məlumatına görə maksimum 64 litrdir. Yəni maşının çəni tam boş olarsa, onu doldurarkən 64 litr dizeldən artıq vurmaq mümkün deyil. Təbii ki, heç bir maşın da çəni tam boşaldıb yanacaq doldurmağa gəlmir, çəndə ən azı 1-2 litr yanacaq qalır, əks halda gəlib YDM-ə yetişə bilməz, yolda qalar..." Dia-az.İnfo xəbər verir ki, bunu üzləşdiyi olayla bağlı açıqlama verən tanınmış təhsil işçisi, tarixçi Ceyhun Bayramlı bildirib.
C.Bayramlı daha sonra əlavə edib: "Dünən gecə yarısı Binəqədi-Novxanı yolundakı SOCAR yanacaqdordurma məntəqəsində yanacaq doldurarkən tapança atdıqdan sonra aydın oldu ki, hesablayıcı 63, 92 litr yanacaq yazıb. YDM-in əməkdaşının “qəlbigenişliklə” mənə “istəyirsiniz bir az da dolduraq” deməsi isə bir ayrı təəccüb və gülüş mövzusudur. Adam, sən çəni maksimum 64 litr tutan və içində azı 1-2 litr dizeli olan maşına 63,92 litr dizel (!!!) vurandan sonra necə əlavə 1-2 litr də vurursan? Maşının çəni elastik rezindəndir? Gerçəkdənmi sən və sənin müdirin ağıllısınız, biz istehlakçılar isə axmağın dal ayağı rolundayıq? SOCAR rəsmiləri, YDM əməkdaşlarının məni neçə litrlik (manatlıq) adlatdığını riyazi yolla hesablamağı sizin öhdənizə buraxıram. Bu, cılızdan da cılız görünən oğurluğun hər gün hər maşına tətbiq edildiyi təqdirdə ümumən camaatın cibindən nə qədər pul oğurlandığını da həndəsi silsilə üzrə hesablaya bilərsiniz. Təbii ki, marağınızda olarsa.
Sonda onu da qeyd edim ki, 9-10 il əvvəl Yasamal rayonundakı "Azpetrol"da 80 litr çəni olan maşınıma da 88 litrdən çox dizel vurmuşdular, məni də həyasızcasına borclu çıxarırdılar. Düz-dünya düzələcək, ancaq xisləti görməmişlik olan heç vaxt düzələn deyil..."


"Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?"
"Biz istehlakçılar axmağın dal ayağı rolundayıq?"

Şərhlər

XƏBƏR LENTİ