SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "15 gün gecə-gündüz yanacaq məntəqəsində?" - BU NƏDİ BELƏ?!

"15 gün gecə-gündüz yanacaq məntəqəsində?" - BU NƏDİ BELƏ?!

Tarix:

10-06-2024, 12:13

/ 335 dəfə oxundu.
"15 gün gecə-gündüz yanacaq məntəqəsində?" - BU NƏDİ BELƏ?!

"SOCAR Petrolium-un sahə üzrə məsul şəxsləri tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. 15 gün gecə-gündüz yanacaq məntəqəsində? Əgər daxil olan məlumat həqiqətdirsə bu ciddi qanun pozuntusudur...." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Tanınmış hüquq-müdafiəçisi daha sonra həmin qurumun işçilərindən birinə istinadla yazır:
"Məntəqədə tək işçi oluruq. Yanacaq doldurma məntəqəsində 15 gün orda tək qalırıq. Gecə saat 2-3 müştəri gəlir... oyadır... durub onu yola salırıq. Deyir, "dur yanacaq ver"... Fərqi yoxdur saatın. Məcburuq... yola salamalıyıq...
2 işçi götürüb hərəsinə 500 manat vermirlər... 1 işçiyə 800 manat verib işlədirlər.
15 gün sonra o biri gəlir.... Amma 2 növbə etsələr, adama 500 manat versələr rahat işləmək olar... Amma bir işçiyə 800 manat verib işlədirlər.
Qanun isə deyir ki:
Əmək münasibətlərində saat 18.00-22.00-a kimi axşam vaxtı, 22.00-dan - səhər saat 06.00-a kimi gecə vaxtı sayılır. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə, onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində - işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində -isə 40 faizi həddində əlavə haqq müəyyən edilir..." 

Şərhlər

XƏBƏR LENTİ