Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Şimali Makedoniyada prezident seçkiləri başlayıb.
Gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək və onlar dövlət başçısı vəzifəsinə yeddi namizəddən birini seçəcəklər.
Ekspertlərin fikrincə, bu vəzifəyə əsas namizədlər Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı prezident Stevo Pendarovski və ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilabi Təşkilatı - Makedoniya Milli Birliyi Naminə Demokratik Partiyası”nın namizədi Siljanovska-Davkova Qordanadır. Hər iki siyasətçi 2019-cu il prezident seçkilərinin ikinci turunda iştirak edib.
Dövlət Seçki Komissiyasının məlumatına görə, respublikada 3 480 seçki məntəqəsində saat 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 09:00-dan 21:00-dək) səsvermədə 1 814 317 vətəndaş iştirak edə bilər ki, onların da 2,5 mindən çoxu xaricdəki səfirliklərdə və konsulluq idarələrində səs vermək imkanına malikdir. Prezident seçkilərini 342 yerli və 568 xarici müşahidəçi izləyəcək.
Respublikanın Dövlət Seçki Komissiyası lazımi sayda seçici imzasını, yəni 10 mindən çox seçici və ya 30-dan çox deputat imzasını toplayan yeddi namizədin siyahısını təsdiq edib. Milli qanunvericiliyə uyğun olaraq, seçkilərin baş tutmuş sayılması üçün qeydə alınmış seçicilərin azı 40 %-i iştirak etməlidir. Əks halda yenidən prezident seçkiləri keçiriləcək.(TASS)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...