SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İsveçdə korrupsiya işi şişir: Arif Əsgərovun həbsini kim istəyir?

İsveçdə korrupsiya işi şişir: Arif Əsgərovun həbsini kim istəyir?

Tarix:

27-07-2017, 09:48

/ 91 250 dəfə oxundu.
İsveçdə korrupsiya işi şişir: Arif Əsgərovun həbsini kim istəyir?

İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyası böyüməkdə davam edir
Mötəbər mənbədən verilən xəbərdə deyilir ki, istintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlməkdədir.
Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə münasibət bildiriblər.
Belə görünür ki, İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat hüquqi müstəvisi ilə yanaşı, siyasi müstəviyə də keçir.
Bu vəziyyətin ciddiləşməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəisi Arif Əsgərovun başı üzərindəki qara buludların hələ də dolaşdığını ehtiva edir.
A.Əsgərovun korrupsiya əməllərini yerinə təyin olunan Cavid Qurbanov da açıqlamaqla sələfini “baqaja” qoymuş oldu.
Ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulduğu deyilən A.Əsgərovu həbs etmək istəyirlər. Sadəcə, müəyyən dairələr ona zamin duraraq həbsinə imkan vermirlər.
Mötəbər mənbədən verilən xəbərdə deyilir ki, C.Qurbanov dəmiryolundakı mənimsəmələri və korrupsiya faktlarını A.Əsgərovla bağlamaq istəyir.
Ziya Məmmədovun süqutundan sonra zəifləmiş A.Əsgərov qorxu içindədir. Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı.
2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı.
Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi.
Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi.
Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ