SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sumqayıtda zərərçəkmiş sahibkarlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdi

Sumqayıtda zərərçəkmiş sahibkarlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdi

Tarix:

26-07-2017, 22:33

/ 77 883 dəfə oxundu.
Sumqayıtda zərərçəkmiş sahibkarlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdi

Zərərçkmiş sahibkarlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsi xalqxeber.az xəbər portalına göndərilib. Müraciəti olduğu kimi sizlərə təqdim edirik:
Hörmətli Mehriban xanım!
Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı danılmazdır. Bu gün sahibkarlığın inkişafında attığınız addımlar və göstərdiyiniz əvəzolunmaz köməklik biz sahibkarlar tərəfindən yüksək səviyyədə qiymətləndirilir. İnanırıq ki, bundan sonrakı dövrlərdə də biz sahibkarların yanında olub, hüquqlarımızın qorunması istiqamətində əlinizdən gələn köməkliyi edəcəksiniz. Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsək də buna son dərəcədə məcburuq. Belə ki, iş adamı Verdiyev Müqayis Cəmil oğlu 08 oktyabr 2016-cı ildə Sumqayıt şəhər Prokurorluğu tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Verilmiş ittihama görə, guya M. Verdiyev tikinti işlərinin aparılması zamanı üzərinə texniki təhlükəsizlik və əməyin mühafizəsi qayadalıra riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olmaqla Sumqayıt şəhəri 5-ci mikrorayon dənizkənarı ərazidə aparılan tikinti işləri zamanı tikinti işlərinin aparılması qaydalarını pozaraq belə işlərə cavabdeh olan şəxs təyin etmədən və bu işlərin təhlükəsiz görülməsinə dair yazılı icazə tərtib etmədən işə cəlb olunmuş işçilər ilə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə təlimatlandırma aparılmadan, onların bilik səviyyələri və peşə hazırlığını yoxlamadan həmin şəxslərə tikinti meydançasında işlərin yerinə yetirilməsi barədə göstəriş vermiş, tikinti meydançasında müvafiq əmək müqaviləsi olmadan işə cəlb olunmuş şəxslərdən biri olan Səfərov Mətləb Yunus oğlu 25 may 2016-cı il tarixdə, saat 16 radələrində əl arabası ilə hörgüdə istifadə olunan palçığı daşıyarkən yıxılama nəticəsində ehtiyatsızlıqdan Mətləb Səfərovun düz bağırsağı, sidik kisəsini dəlib keçən qarın boşluğuna sirayət edən cırılmış yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur.
Bundan başqa, o, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumiqayıt şəhərində aparalan təmir tikinti işləri zamanı əmək müqaviləsi olmadan xeyli sayda-10 nəfərdən çox şəxsi həmin tikintidə işlərinin yerinə yetirilməsinə cəlb etmişdir.
Bundan başqa o, öz qulluq mövqeyindən istifadə edərək 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə tikinti işlərini yerinə yetirən işçilərə əmək haqqı kimi ayrılmış cəmi 30.000 manat pulu onlara verməyib qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə mənimsəmişdir.
Nəticədə Müqayis Verdiyevin barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Sonradan o başqa cinayət işinə görə məhkum olunduğundan hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Qeyd edək ki, Sumqayıt şəhər bulvarının salınması, abadlıq işlərinin görülməsi Müqayis Verdiyevə Sumqayıt şəhər İcra hakimiyyəti başçısı tərəfindən tapşırılıb. İcra başçısı Zakir Fərəcov Müqayis Verdiyeva müxtəlif vədlər verərək əlindən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırmasını tapşırıb, bunun üçün ona ev, torpaq sahəsi, maşın belə vəd etməkdən çəkinmədi. M. Verdiyev biz sahibkarları bu işə cəlb etdi və bizdən çoxlu sayda xammal, avadanlıqlar aldı. Ümumilikdə 12 milyon manata yaxın pul vəsaiti bu işlər üçün sərf olundu. Sumqayıt şəhər İcra hakimiyyəti M. Verdiyevə əvvəlcə 4 milyon manata yaxın vəsait versə də, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi.
M. Verdiyev bizim təkidimizlə dəfələrlə şəhər icra hakimiyyətindən sahibkarlara çatası pulu tələb etsə də, ona bu pullar ödənilmədi, əvəzində M. Verdiyev həbsxana divarları arasına salındı.
İş üzrə zərərçəkmiş kimi tanınan sahibkarlar, iş adamları dəfələrlə Sumqayıt şəhər İcra hakimiyyətinə gedərək pullarını tələb ediblər. Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov mətbuata verdiyi açıqlamasında bildirib ki, “biz tender həyata keçirmişik, tenderin qalibi Müqayis Verdiyev olub, pul da onun hesabına köçürülüb, zərərçəkmiş şəxslərin pulları ondadır”.
Lakin bu işlərin görülməsi üçün hər hansı tender həyata keçirilməyib, Müqayis Verdiyevin rəhbəri olduğu şirkətin hesabına Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən pul köçürülməyib. Sumqayıt şəhər dənizkənarı bulvarın salınması üçün ayrılan pul vəsaitləri əlbəəl Müqayis Verdiyevə verilib və verilən pulların hamısı təyinatı üzrə xərclənib, yəni həmin bulvarda iş görən şəxslərə ödənilib. Təxminən 4 milyon manata yaxın pul vəsaiti şəhər İcra hakimiyyəti tərəfindən ödənilsə də, sonradan hansısa səbəbdən qalan 8 milyon manat pul Müqayis Verdiyevə ödənilmədi və bu pulun guya M. Verdiyev tərəfindən mənimsənildiyi iddia edilərək onun barəsində cinayət işi başlanıldı.
Sumqayıt şəhərində abadlıq işlərinin görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə milyonlara pul vəsaiti Sumqayıt şəhər İcra hakimiyyətinə ayrılıb. Lakin həmin pulların hansı formada xərclənməsi barədə heç bir məlumat mövcud deyil, eyni zamanda həmin vəsaitin neçə milyonunun Sumqayıt şəhər dəniz ətrafı bulvarının salınmasına xərclənməsi məlum deyil.
13 oktyabr 2015-ci ildə ölkə prezidentinin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrıldı.
15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrıldı.
03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrıldı.
10 iyun 2016-cı ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.
27 sentyabr 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün 5 milyon manat ayrılıb.
Bu qədər pul vəsaiti şəhərin balansına verildiyi halda onların dəniz kənarı bulvarın salınmasına xərclənməməsi xeyli sualları ortaya çıxarır. Bulvarın salınmasına nə qədər pul vəsaiti sərf olunub? Həmin pullar kimə verilib? Onun verilməsini təsdiq edən sənədlər mövcuddurmu? Və s.
Dəniz kənarı bulvarda iş görən sahibkarlar Müqayis Verdiyev həbs edildikdən sonra öz pullarını şəhər icra hakimiyyətindən ala bilmirlər. Belə ki, icra hakimiyyəti hər vəchlə günahı Müqayis Verdiyevin üzərinə atmağa çalışır, lakin görünən tək sübut odur ki, Müqayis Verdiyevə İcra hakimiyyəti tərəfindən rəsmi olaraq pul vəsaiti ödənilməyib. Yəni M. Verdiyev pul alarkən hər hansı sənədə imza atmayıb, eyni zamanda onun şirkətinə pul vəsaiti köçürülməyib. Bu qanunsuzluqların olduğu halda Müqayis Verdiyevin həbs edilməsi ikiqat qanunsuzluqdur.
Zərərçəkmiş sahibkarlar dəfələrlə İcra hakimiyyətindən öz pullarını, haqqlarını tələb ediblər. Lakin icra hakimiyyəti günahı Müqayis Verdiyevin üzərinə atmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır və zərərçəkənləri düşdüyü zərərdən xilas etməyə can atmır.
Şəhər icra hakimiyyətinə müraciət edərək Sumqayıt şəhərinin giriş yolunun və dəniz bulvarının tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri ilə əlaqədar suallara cavab verilməsini və həmin cavabları təsdiq edən sənədlərin surətinin verilməsini xahiş etmişik. Lakin şəhər İcra hakimiyyəti suallara cavab vermək əvəzinə bizi başqa istiqamətə yönəltməyə çalışdı.
Cinayət işi üzrə zərərçəkmişlərə şəhər icra hakimiyyətinin aşağıdakı məbləğdə borcu qalıb:

- Zərərçəkmişlərdən Aydın Abdullayeva ümumilikdə 119532 manat borc qalıb.

- Qasımov İsa Ümidvar oğlu (136500 manat)

- Abbasov Eyvaz Musa oğlu (201600 manat)

- Əsgərov Məhəmməd Abbasqulu oğlu (176924 manat), 40000 dollar (Bayrağın alınması üçün )

- Mansurov Çingiz Əfrayim oğlu (248300 manat)

- Piriyev Bilal Bayram oğlu (98339,50 manat)

- Abbasov Rəşad Haşım oğlu (35600 manat)

- Əlinağıyev Bəxtiyar Tapdıq oğlu (10270 manat)

- Rzayev Zöhrab Rafiq oğlu (264280 manat)

- Məmmədov İlham Musa oğlu (297000manat)

- Qarayev Elçin Məhəmməd oğlu 36000 manat.

Həmin zərərçəkmiş şəxsləri şəhərin abadlaşdırma işlərinə Müqayis Verdiyev və Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov cəlb etsə də, pul vəsaiti Şəhər icra hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. Lakin şəhər rəhbərliyi bu vəsaiti ödəməkdən boyun qaçıraraq pulun guya M. Verdiyevə verildiyini iddia edir. Halbuki həmin pulun Müqayis Verdiyevə verildiyini təsdiq edən hər hansı sübut mövcud deyil. Necə olur ki, M.Verdiyev həbsə atılır amma əsl günahkar Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov azadlıqda əlini-qolunu sallayaraq gəzir. Dəfələrlə Hüseynov zərərçəkmiş sahibkarları aldadaraq, bizə dəymiş ziyanın ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlər boşa çıxmaqla yanaşı, polislə hədələyib.
Biz sahibkarlar başımızın üzərində Allahı görərək deyə bilərik ki, Müqayis Verdiyev ona tapşırılan tapşırıqları layiqincə yerinə yetirmiş, dəniz kənarı bulvarın salınmasını uğurla başa çatdırmışdı. Lakin bu xidmətlərə görə, O mükafatlandırılmaq əvəzinə cəzalandırıldı və həbsə atıldı.
Hazırda ona verilmiş ittihamlar olduğu kimi qüvvədədir. Sumqayıt şəhər prokurorluğu heç bir sübut olmadığı halda Müqayis Verdiyevi təqsirləndirilən şəxs qismində cəlb edib. Pul vəsaitlərinin M. Verdiyev tərəfindən mənimsənildiyini təsdiq edən sübutlar, sənədlər mövcud deyil. Elə bunun nəticəsidir ki, açılmış cinayət işi aylardır ki, uzanır və yekunlaşmır. Müqayis Verdiyevə verilmiş ittihamlar qanunsuzdur, ədalətsizdir və saxtadır.
Odur ki, qeyd edilənlərə əsasən Sizdən Verdiyev Müqayis Cəmil oğluna qarşı Sumqayıt şəhər Prokurorluğunda açılmış cinayət işi üzrə icraata xitam verilməsinə köməklik etməyinizi xahiş edirəm.
Hörmətli Mehriban xanım inanırıq ki, Sizin şəxsi nəzarətiniz altında bu məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaqdır.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ