Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə -İcra başçısı Rəcəb Babaşov hara baxır?
Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev yenidən "gündəm" olub.
Rayonun ən aktiv səhifəsi "Qazaxlılar"da edilən paylaşım diqqət çəkib.
Həmin paylaşımı olduğu kimi diqqətə çatdırırıq:
"Səhifəmizə daxil olan şikayətlərdə vətəndaşlar Məmməd Alıyevin özbaşınalıqlarından təngə gəldiklərini bildiriblər. İllərdir ki, yuxarıdakı adamlarına güvənərək vətəndaşlara hədə-qorxu gəlir. Bir tədbir olduqda idarə və müəssisələrə zəng edib gəlməyəcəkləri halda işdən çıxarmaqla hədələyir. Rayon icra başçısını da, rayon polis şöbəsinin rəisini də, rayon prokurorunu da barmağında oynadır. Kimdən xoşu gəlmirsə bir zənglə işini bitirir.
Ən son keçirilən qanvermə aksiyasında da bənzər problemlər yaşanıb".
Xatırladaq ki, M.Əliyev pandemiya dövründə oğluna çal-çağırlı toy etməsi, bəlıdiyyə sədri olan bacısı oğluna xəstəxanada əlavə iş verdirməsi və oğlu Elnur Alıyevə 120 min dollarlıq “Land Cruiser” avtomobili alması ilə gündəm olmuşdu.(32gün.az) 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...