SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bayram günü əlavə qatarlar olacaq

Bayram günü əlavə qatarlar olacaq

Tarix:

6-04-2024, 15:18

/ 654 dəfə oxundu.
Bayram günü əlavə qatarlar olacaq


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib.

Bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.

Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.

Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Şərhlər

XƏBƏR LENTİ