“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO
“Gənclik Mall”da autizmli gəncin zorakılığa məruz qaldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Kənan adlı gənc bir neçə gün əvvəl “Gənclik Mall”ın sanitar qovşaqlarından birində zorakılığa məruz qalıb:
“Kənan vəhşicəsinə üzünə zərbə alıb və sonradan görənlərin dediyinə görə, tualet tamam qan içindəydi. Səbəbini bilmirik, araşdırılması üçün polisə müraciət etmişik, amma bir polis əməkdaşı bir həftədir hər gün arayıb “bu gün sabah gələcəm” deyib, eyni sualları hər gün soruşur, amma gəlib çıxmayıb hələ də”.
Aytən Eynalova iddia edir ki, “Gənclik Mall”ın mühafizə xidməti hadisənin araşdırılmasına mane olmağa çalışıb:
“Kənanın anasına deyiblər ki, hadisənin üstünə getməyin, onsuz da tapılan deyil”.![]()
![]()
“Gənclik Mall”dan verilən açıqlamada bildirilib ki, aidiyyəti dövlət qurumları ilə çiyin-çiyinə verərək məsələnin həlli üçün hazırdırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı bildirib ki, məsələ araşdırılır:
“Məlumat icraata qəbul edilib. Araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...