SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » lçin Babayevin 15 milyon manatlıq tenderdə qalib etdiyi şirkətin vergi borcu var -FOTOFAKT

lçin Babayevin 15 milyon manatlıq tenderdə qalib etdiyi şirkətin vergi borcu var -FOTOFAKT

Tarix:

12-03-2024, 14:52

/ 360 dəfə oxundu.
lçin Babayevin 15 milyon manatlıq tenderdə qalib etdiyi şirkətin vergi borcu var -FOTOFAKT

Bakı Dövlət Universiteti İKT avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə imzalayıb.

Müqavilənin məbləği 1.444.952,53 AZN-dir.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu var.

"EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda vergi borcu 15 min 234 manat 40 qəpikdir.

Bildirək ki, qalib olan MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Xatırladaq ki, BDU-nun rektoru Elçin Babayevdir.

Ayxan, (32gün.az) 

Şərhlər

XƏBƏR LENTİ