SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Oskanyan “artsax” komitəsinə beynəlxalq mandat almağa çalışır... - 3 gündə 16 görüş keçirdi...

Oskanyan “artsax” komitəsinə beynəlxalq mandat almağa çalışır... - 3 gündə 16 görüş keçirdi...

Tarix:

9-03-2024, 11:56

/ 433 dəfə oxundu.
Oskanyan “artsax” komitəsinə beynəlxalq mandat almağa çalışır... - 3 gündə 16 görüş keçirdi...

“Bu ilin yanvarında yaradılmış artsax məsələsi üzrə beynəlxalq komitənin koordinatoru Vardan Oskanyan və komitənin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədirlər. Onlar Ermənistanın və Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə fəal görüşlər keçiriblər. Nəzərinizə çatdıraq ki, komissiya artsax parlamenti tərəfindən yaradılıb və artsax xalqının kollektiv repatriasiyası və digər hüquqların müdafiəsi məsələləri ilə məşğul olmağa çağırılıb”.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.

Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma “parlament” tör-töküntüləri gözləyirlər ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan martın ortalarında ölkəyə qayıdacaq və onlarla görüş zamanı gördüyü işləri təqdim edəcək. Məlumata görə, sabiq nazir nazirlik dövründə olan Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə görüşlər keçirib. Oskanyanın 3 gün ərzində 16 görüş keçirdiyi deyilir. Qondarma “artsax” komitəsi hazırda beynəlxalq mandat almaq məsələləri ilə məşğuldur və hüquqşünaslarla müzakirələr aparılır.

“Ən tez başa gələn variant komitəni qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçirməkdir. Lakin komitə nümayəndələrinin fikrincə, QHT aşağı statusda olur, ona görə də komitəyə beynəlxalq mandat verilməlidir. Yeri gəlmişkən, Vardan Oskanyan öz maliyyəsini komitəyə və onun iclaslarına sərf edir və səhhətində yaranan problemlərə baxmayaraq, özünü tamamilə bu işə həsr edib”-, erməni nəşri belə yazır. 

Şərhlər

XƏBƏR LENTİ