Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib – FOTOFAKT
Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir.![]()
Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib.![]()
Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub.
Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir.![]()
Günel Rüstəmova
Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...