DTX rəsmisi: Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır
Dünyada cərəyan edən proseslər və sürətlə davam edən rəqəmsallaşma kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbi də artırır. Belə ki, artıq hər bir dövlət və özəl qurumun özünün informasiya təhlükəsizliyini təmin etməsi üçün kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranır. Sevindirici haldır ki, qurumlarda artıq kibertəhlükəsizlik departamentləri yaradılır.
Xalqxeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci "Məzun Günü"ündə tədbirdə çıxışı zamanı deyib.
Davud Rüstəmov qeyd edib ki, hazırkı dünyada kibertəhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması qədər önəmli bir hal alıb.
“Azərbaycan dövləti də bu istiqamətdə böyük işlər görür. Əvvəllər biz bu sahədə təhsil almaq üçün xaricə yollanırdıq, lakin bu gün Azərbaycan hökümətinin yaratdığı əlverişli şərait nəticəsində, məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində İsrailin “Technion” Universitetinin mütəxəssisləri bizim yerli kibertəhlükəsizlik məzunlarını hazırlayır. AKM-nin iki məzunu Dövlət Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik əməliyyatları mərkəzinə işə cəlb olunub. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin sayı daha da artacaq", - deyə D.Rüstəmov əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...