Şahin Mustafayev və Qriqoryan sabah GÖRÜŞƏCƏK
Sabah Azərbaycan və Ermənistan arasında baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında görüş keçiriləcək.
Bu barədə Qriqoryanın ofisindən məlumat verilib.
Bildirilir ki, yanvarın sonuncu günü dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti, altıncı iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda komissiyanın əsasnaməsi müzakirə olunacaq.
Görüşdə üçüncü tərəfin iştirakı planlaşdırılmır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev komissiyaların növbəti iclasının bu aya təyin edildiyini bildirmişdi.
"Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin", - Prezident İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub. Səegəddə baş tutan görüş sayca beşinci olub. Görüşlərin 3-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə baş tutub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...