XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibətilə təbrik-Nərimanov RİH

Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibətilə təbrik-Nərimanov RİH

Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibətilə təbrik-Nərimanov RİH
22-07-2017, 11:13

Sizi və bütün kollektivinizi 22 iyul - Milli Mətbuat Günü və Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Azərbaycan mətbuatı ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçmiş, onun inkişafı və demokratikləşməsi istiqamətində böyük işlər görülmüş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmiş, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmışdır.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan mətbuatı da özünün sürətli inkişaf dövrünü yaşayır. Hazırda ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini, onun maddi-texniki bazasının və maliyyə imkanlarının yaxşılaşdırılması, mətbuat işçilərinin fəaliyyətinə lazımi şərait yaradılması, onların məişət şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görüldüyünü və bütün qeyd olunanların ölkə rəhbəri tərəfindən Azərbacanda azad mətbuatın daha da inkişafı, demokratik dəyərlərin möhkəmləndirilməsi, eyni zamanda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan islahatların bariz nümunəsi olduğunu qətiyyətlə söyləmək olar.
Əminik ki, Sizin kollektiviniz milli mətbuatımızın bundan sonrakı tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcək və Azərbaycan jurnalistikasına sədaqətlə xidmətlərini davam etdirərək milli mətbuatımızın daha da çiçəklənməsinə öz dəyərli töhfələrini verəcəkdir.
Sizi və bütün kollektivinizi bir daha 22 iyul - Milli Mətbuat Günü və Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Nərimanov Rayon İcra Hakimiyyəti

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.