SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI- SƏBƏB

SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI- SƏBƏB

Tarix:

24-01-2024, 12:21

/ 357 dəfə oxundu.
SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI- SƏBƏB

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov dünən tutduğu vəzifəsindən azad olunub... Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"a bildirib. M.Qəhrəmanlı qeyd edir ki, "Bildiyiniz qədər ötən ilin mart ayından təşkilatımıza mütamadi olaraq Elçin Şirinovun rəhbərlik etdiyi qurumda baş verən müxtəlif qanun pozuntuları( Əmək qanunvericiliyi, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi pozulması, Onun 10-dan yuxarı yaxın qohumu müxtəlif vəzifələrdə çalışır), korrupsiya ehtimallı hadisələr və əlaqədar şəxslər (SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun, iqtisadi uçot idarəsinin rəisi İmran Abdullayevin, Azad Rzayev, Dadaş Həsənov və s.) haqqında da kifayət qədər məlumat yayılmışdı:
-GGİ -nin kəşfiyyat Geofizika bölümündə şübhəli kabel əməliyyatı;
- «Grand Caucasus Ltd». avadanlıq əməliyyatı;
- İstanbuldakı «Platinum Group Dış Ticaret limited»şirkəti, ilə əlaqadar bəzi müəmmalar;
- Gil adası Sara dənizin tranzit zonalarında dəyaz sularda katamaran və kiçik gəmi əməliyyatı və s. Düşünürəm ki, yuxarıda qeyd olunan məlumatlar da SOCAR rəhbərliyi tərəfindən diqqətlə araşdırılıb, müvafiq qərar qəbul ediləcək...".
SOCAR Prezidenti Rövşən Nəcəfə təşəkkürümüzü bildiririk ki, "Təzadlar" iki ay əvvəl M.Qəhrəmanlıya istinadla bu barədə ətraflı yazmışdı. Elçin Şirinovun təhriki ilə özü yox, başqa bir şəxsi qabağa verdilər, "Təzadlar"ı məhkəməyə verdilər. Həmin məhkəmə mübahisəsi hələ də davam edir. Bu da Elçin Şirinovun aqibəti...
Mövzuya qayıdacağıq.
Bu da həmin yazının linki:
"Təzadlar"

Şərhlər

XƏBƏR LENTİ