SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 202 saylı körpələr evində `ÖLÜ CANLAR`... - İTTİHAM VAR...

202 saylı körpələr evində `ÖLÜ CANLAR`... - İTTİHAM VAR...

Tarix:

28-12-2023, 13:34

/ 535 dəfə oxundu.
202 saylı körpələr evində `ÖLÜ CANLAR`... - İTTİHAM VAR...

2003-cü ildə saxta diplom səbəbindən xüsusi xidmət orqanları tərəfindən əməliyyatın keçirildiyi Bakı şəhəri Xətai rayonu 202 saylı körpələr evi ilə bağlı yeni qalmaqal yaşanmaqdadır. Qeyd edək ki, bu dəfə ittiham edən tərəf 202 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəlliməsi Alıyeva Ruhəngiz Abduləli qızıdır. Onun nədən çalışdığı bağçadakı özbaşınlıqları ifşa etməyinə gəlincə isə bu barədə növbəti yazımızda məlumat verəcəyik.

İndi isə keçək Ruhəngiz xanımın iddialarına... O yazır:

"Ölkə rəhbərinin qanunsuzluqlara ictimai qınağın və nəzarətin çağırışlarını rəhbər tutaraq müraciət edirəm. Müraciətim Bakı şəhəri Xətai rayonu 202 saylı körpələr evi - uşaq bağçasında baş verən qanunsuzluqlar və ciddi cinayət əməlləridir. Çox təəsüf ki, bağçanın müdiri Paşayeva Simuzərin bu cinayət əməllərinə aidiyyəti üzrə dəfələrlə müraciət etməyimə baxmayaraq göz yumulur və şərait yaradılır. Qeyd olunan qanunsuzluqlar və cinayət əməlləri aşağıdakılardan ibarətdir:

Dövlət vəsaitinin qeyri-qanuni yolla mənimsənilməsi və idarəetmənin kobud şəkildə pozulması adi hal almışdır. Neçə illərdir tabeldə adları olub özləri heç vaxt işdə olmayanlar (ölü canlar) vardır. Həmin şəxslərin əksəriyyəti müdirə və ona yaxın olan təsərrüfat müdiri Kazımova Qənirə və Hüseynova İlhamənin yaxın adamlarıdır. Hüseynova İlhamənin adı ştat cədvəlində texniki işçi getsə də, müdirin sağ əlidir. Belə ki, əlində kitabçası ilə valideynlərdən aylıq pul yığmaqla məşğuldur.

Adları cədvəldə olub özləri işdə olmayan şəxslər (ölü canlar)bunlardır:
1)Bənənyarlı Rifat(müdirin oğlu-işə gəlmir)
2)Ağayeva Zeyrə (heç vaxt görməmişəm)
3)Dadaşov Vilayəddin (ştata uyğun işləmir)
4)Mikayılov Zabil (heç vaxt görməmişəm)
5)Kazımova Zeynəb (heç vaxt görməmişəm)
6)Tağıyeva Səadət (bir dəfə yoxlama gələndə gətiriblər)
7)Hüseynov Mahir (İlhamənin həyat yoldaşı-heç vaxt görməmişəm)
8)Kazımov Nicat (bir dəfə Prokurorluqdan gələndə tez işə çağırdılar)
9)Fəryadı Südabə (köhnə işçidir, işə çıxmaq istədiyi halda müdir tərəfindən işə buraxılmır)

Bu işçilərin çoxunun heç vaxt üzlərini görməmişik. Bağça hər tərəfdən kamera nəzarəti altındadır. Kameralar və tabeldəki qollar vasitəsilə yuxarıda adları göstərilən ölü canların işə gəlib-gəlməməyini araşdırmaq çox asandır..."

DAVAMI VAR...

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ