SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ərdoğan administrasiyası Netanyahunun açıqlamasına cavab verib

Ərdoğan administrasiyası Netanyahunun açıqlamasına cavab verib

Tarix:

27-12-2023, 22:32

/ 400 dəfə oxundu.
Ərdoğan administrasiyası Netanyahunun açıqlamasına cavab verib

Netanyahunun Ərdoğan “bizə dərs deyə biləcək sonuncu şəxsdir” sözlərinə Türkiyənin prezident administrasiyasından cavab gəlib. 

Türkiyə prezident administrasiyası baş nazir Benyamin Netanyahunu “soyqırım haqqında hər şeyi deyə bilən və əxlaqdan danışa bilən sonuncu şəxs” adlandırıb.
Türkiyə prezidenti çərşənbə günü Netanyahunu bir daha Adolf Hitlerlə müqayisə edərək tənqid edib. Öz növbəsində Netanyahu deyib ki, “kürdlərin soyqırımını həyata keçirən və onun rejiminə qarşı çıxan həbs olunan jurnalistlərin sayına görə rekorda sahib olan Ərdoğan bizə əxlaqı öyrədə bilən sonuncu şəxsdir”.
"İsrailin baş naziri Netanyahu soyqırımla bağlı demək istədiyi sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq .. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur”, - deyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahunu “cəllad” və “qatil” adlandırıb və onun siyasi karyerasını uzatmaq və İsraildə ona qarşı açılan məhkəmədən yayınmaq üçün Qəzza zolağında soyqırım törətdiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ