XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Hicran Hüseynovanın işçisi Dubaya niyə gedibmiş? - uşaq oğurluğunda son detallar...

Hicran Hüseynovanın işçisi Dubaya niyə gedibmiş? - uşaq oğurluğunda son detallar...

Hicran Hüseynovanın işçisi Dubaya niyə gedibmiş? - uşaq oğurluğunda son detallar...
7-07-2017, 09:21

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) adı qarışan uşaq oğurluğu davası böyüməkdədir
Media üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Qırğızıstan vətəndaşı Merim Beishekeyeva ilə Azərbaycan vətəndaşı Davud Bağırov arasında qalmaqalla bağlı yeni faktlar üzə çıxıb.
Qırğız qadın keçmiş ərini onun azyaşlı övladını oğurlamaqda ittiham edir. İşdə AQUP DK-nın vəzifəli şəxsi, D.Bağırivun bacısı Cəmilə Bağırovanın adı keçir.
Əldə etdiyimiz bilgilərə görə, Merim Beishekeyeva özü Azərbaycanda olmasa da, burada hüquqi müstəvidə mübarizəsini aparır. Onun nümayəndəsi Abdulla Əfəndizadə iş üzrə bir neçə iddia qaldırıb.
Amma Azərbaycan məhkəmələrində həmin iddialar üzrə proseslər olduqca ləng və qanun pozuntularına yol verilməklə aparılır.
Belə ki, 1 saylı İnzibati İqtisad Məhkəməsinə azyaşlı Ceyla Bağırovanın adına Azərbaycanda 2012-ci ildə verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılması, ləğv olunması, azyaşlıya 2016-cı ildə verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz sayılmasına dair iddia veriblər.
Ən dəhşətlisi odur ki, anasından Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana gətirilən azyaşlı C.Bağırova Amerika vətəndaşıdır. Bunu təsdiq edən ABŞ-da verilmiş sənədlər də var.
Hicran Hüseynovanın sədri olduğu komitə nə uşaq oğurluğu faktını araşdırır, nə ABŞ vətəndaşı olan uşağın bura necə gətirildiyini araşdırır. Əksinə, komitədə vəzifə tutan Cəmilə Bağırova vəzifəsindən istifadə edərək işi qardaşının xeyrinə yekunlaşdırmaq üçün dəridən-qabıqdan çıxır.
Nümayəndə saytımıza qeyd edib ki, Ceyla Bağırovanın adına sənədlərin alınması ilə bağlı araşdırma aparıb. Aydın olub ki, qanunsuzluqda əli olan Davud Bağırovun komitədə məsul vəzifədə çalışmış bacısı Cəmilə Bağırovadır.
Nazirlər Kabinetinin qərarına görə, Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydası təsdiqlənib.
Həmin qaydanın 1.14 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqda şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir.
Həmin şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Merim Beshekiyeva və Davud Bağırov Cəmilə Bağırovaya belə bir etibarnamə verməyiblər.
A.Əfəndizadə hesab edir ki, Cəmilə Bağırovanın Dubayda oğurlanmış Ceylanın Bakıya gətirilməsində də rolu var.
Çünki D.Bağırov həyat yoldaşına şər atıb istintaqa cəlb etdirəndən bir neçə saat sonra Cəmilə Bağırova və anası Ramidə Əhmədova 2 oktyabr 2015-ci ildə Azərbaycandan Dubaya gediblər.
Növbəti gün – 3 oktyabr 2015-ci ildə səhər 8:30-da Dubay polisi D.Bağırovun şikayətinin əsassızlığına görə M.Beihkiyevanı azad edir. Və o dərhal övladını axtarmağa başlayır.
Həmin gün günorta 12:16-da İstanbul reysi ilə D.Bağırov anası, bacısı və Ceyla Bağırova ilə birgə Dubaydan qaçırlar və sonradan Bakıya gəliblər.
A.Əfəndizadə deyir ki, Ceyla Bağırovanın anası Merim Beishekiyevaya qaytarılması haqda Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı da var.
D.Bağırov isə həmin qərarı icra etməkdən yayınır.
Nümayəndə musavat.com-a da danışıb. Onun sözlərinə görə, müştərisinin ünvanına hədələr yağdırılıb.
Cəmilə Bağırova komitə sədri Hicran Hüseynova ilə çox yaxşı münasibəti olduğunu onun diqqətinə çatdırmaqla, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deməklə hüquqlarını çox qabardacağı təqdirdə Bakıdan gedəndə gömrükdə və Sərhəd Xidmətində onun çantasından, cibindən narkotik tapıla biləcəyi ilə hədələyib.
Nümayəndə Merim Beishekeyevanın övladının sənədlərin saxtalaşdırılması ilə bağlı apardıqları araşdırmalarının nəticələrindən də danışıb.
Deyib ki, Cəmilə Bağırova öz səlahiyyətlərindən sui-istifadə edərək 12 dekabr 2012-ci ildə Səbayel Rayon Qeydiyyat Şöbəsinin razılığı ilə azyaşlı Ceyla Bağırovaya AZ-II № 970077, 1479-cu nömrə ilə 12 dekabr 2012-ci il tarixi ilə qeydiyyatdan keçmiş doğum şəhadətnaməsi alınıb. Bütün tərəfləri dinləməyə hazırıq.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.