SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Yasamala KİM GƏTİRİLİR?

Yasamala KİM GƏTİRİLİR?

Tarix:

6-07-2017, 13:17

/ 57 065 dəfə oxundu.
Yasamala KİM GƏTİRİLİR?

Bakıda Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar vermiş İbrahim Mehdiyevin Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsindən azad edilməsindən sonra onun postuna kimin təyi olunacağı barədə müzakirələr başlayıb.
Bu posta namizədlər üçün müxtəlif nüfuzlu şəxslərin adı hallandırılsa da, daha çox iki şəxsin üzərində dayanılır.
Daxil olan məlumata görə, paytaxtın Yasamal kimi böyük rayonuna rəhbər getmək üçün iki icra başçısı "çırmanıb”. İddialara görə, gənclər və idman naziri Azad Rəhimovun qudası, Mingəçevir şəhər icra başçısı Niyazi Bayramovla Daşkəsən rayon icra hakimi Əhəd Abıyev bu məsələdə əlaqələrini işə salıb.
Bildirilir ki, bu iki şəxsdən daha çox N.Bayramovun şansı yüksəkdir. Belə ki, nazirin qudasının Yasamal ərazisində böyük tikintiləri, obyektləri, biznes şəbəkələrinin mövcud olduğu, üstəlik Yasamalda geniş imkanlara malik olduğu barədə də iddialar var.
Bundan əlavə, Mingəçevirdə işlədiyi dövrdə barəsində şikayətlərin olmamasına çalışan və Prezident Administrasiyasına dosyesinin təmiz getməsi üçün əlindən gələni edən N.Bayramov nazir qudasının siyasi nüfuzundan da istifadə etməkdədir.
N.Bayramov nazirin qudasının bu təyinata nail olacağına ümid edir.
N.Bayramovun barəsində yaxın günlərdə sərəncam olacağı bildirilir və Mingəçevir ŞİH-də çamadan ab-havası hökm sürdüyü deyilir.
Mənbə qeyd edir ki, bütün bu nüanslarla müqayisədə Ə.Abıyevin şansı yüksək görünmür.
Daşkəsən rayonuna rəhbərlik etdiyi gündən bu təyinatdan narazılıq etmiş icra başçısının Bakıda işləmək arzusunda olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc edilib.
Hətta bir müddət əvvəl onun Xətai rayonuna icra başçısı getmək eşqinə düşdüyü haqda xəbərlər yayılmışdı. Ə.Abıyev isə Daşkəsənə başçı göndərilməsindən narazı qaldığı iddialarını təkzib etmişdi.
İddia olunur ki, Yasamal RİH postunun boşalması Ə.Abıyevi paytaxtda vəzifə tutmaq arzusuyla bağlı ürəkləndirib və şansını sınamağa çalışıb.
Onun Yasamal rayon ərazisində villasının olduğu, yolu düşəndə Daşkəsəndən imarətinə gəldiyi söylənir.
Xatırladaq ki, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İ.Mehdiyevin vəzifədən çıxarılmasının səbəbini açıqlamışdı.
Bildimişdi ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb:
"Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib".
Ə. Həsənov diqqətə çatdırmışdı ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifədən azad edilib.

BakuPost.az

Şərhlər

XƏBƏR LENTİ