XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Daha kimlər İbrahim Mehdiyevin aqibətini yaşayacaq?

Daha kimlər İbrahim Mehdiyevin aqibətini yaşayacaq?

Daha kimlər İbrahim Mehdiyevin aqibətini yaşayacaq?
5-07-2017, 11:44

Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb.
“Cümhuriyət” qəzeti xəbər verir ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə İlham Əliyevin münasibəti barədə açıqlama verib. Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub. Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan Ysamal rayon İcra Hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib. Mehdiyevin aqibəti digər məmurlara dərs olacaqmı? Son iki ildə bir neçə yüksək çinli məmur və dövlət adamı qanunsuz fəaliyyətlərinə görə cəzlandırılıb, vəzifələrindən uzaqlaşdırılıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş rabitə naziri Əli Abbasov və sözügedən bu dövlət qurumlarının bir sıra yüksək rütbəli əməkdaşlarının istefalarının davamı kimi keçən dövr ərzində bir sıra icra başçıları da istefaya göndərildilər. Yasamalın icra başçısı İbrahim Mehdiyevin istefaya göndərilməsini də bu tendensiyanın davamı kimi qiymətləndirmək olar. Hesab olunur ki, istefalar davamlı olacaq və Prezident Adiministrasiyası ilə yanaşı digər aidiyyatı qurumlara vətəndaşlardan ən çox şikayətlər edilmiş məmurlar cəzalandırılacaq. Əsasən, kütləvi narazılıq yaradan və fəaliyyətlərini açıq formada qanunsuzluq üzərində qurmuş məmurların bu cəzalardan kənarda qalmayacağı artıq dəqiqləşməyə başlayıb. Dövlət qurumlarında bununla bağlı monitorinqlərə başlanıldığı da gələn məlumatlar arasındadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.