14 yaşında nişanlandığı deyilən qızın nənəsi ağır danışdı: - “Oğlum onu deyənin arvadını evindən aparar"
“Mənim nəvəm nişanlanmayıb.”
Bunu açıqlamasında Samux rayonunda nişanlanan 14 yaşlı qızın nənəsi Zimzar Əliyeva bildirib.
“Mənim nəvəmin 16 yaşı var. 10-cu sinifə keçib. Nə nişan, nə məclis? Biz elə-belə ailə deyilik. Mənim evim, kəndim var, gəlib maraqlansınlar. Necə qız nişanlamışam ki, onu kənddə bilən yoxdur? Allaha and olsun onu deyənin evinə od vuraram. Əflatunun bir oğlu, bir qızı var. Əflatun elə-belə oğlan deyil. Onu deyənin arvadını, qızını evindən aparar. Bizim evdə telefonu olan yeganə mənəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm.”
Samux rayonuda 14 yaşlı qızı özündən xeyli böyük oğlana nişanlayıblar. Ölkə.az-ın məlumatına görə, rayonun Qarabağlar kəndinin Əflatun adlı sakininin 14 yaşlı qızı Nərminə (ad şərtidir) ailənin təzyiqi ilə Rusiyada yaşayan iş adamına ərə verilir. Bildirilir ki, 38 yaşlı Əflatun heç yerdə işləmir və ailəsinin maddi durumu ağırdır.
AzNews.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...