SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Qızıl dəvə” axırıncı dəfə MTN rəhbərlərində olub? - İLGİNC

“Qızıl dəvə” axırıncı dəfə MTN rəhbərlərində olub? - İLGİNC

Tarix:

20-06-2017, 10:21

/ 59 092 dəfə oxundu.
“Qızıl dəvə” axırıncı dəfə MTN rəhbərlərində olub? - İLGİNC

Bir neçə ildir ölkə mətbuatında “Qızıl dəvə” söhbəti dollaşmaqdadır. Hətta bu söhbətlər az qala əfsanəyə çevrilib. Ancaq dəqiq bildiyimiz odur ki, “Qızıl dəvə” əfsanə-zad deyil. Bu dəvənin real sahibi var, hətta “Dəvə”nin müəllifi də var.

Qısa məlumat üçün bildirək ki, “Qızıl dəvə”nin həqiqi sahibi Zakir Tağıyevdir.

Keçən əsrin 90-cı illərinin əvvəlində Zakir Tağıyevin geniş biznes imkanları olub, hətta 1993-cü ildə prezidentliyə namizəd olub.

Bəli, həmin Zakir Tağıyev sözügedən qızıl dəvə heykəlini hələ ötən əsrin 90-cı illərin əvvəllərində heykəltaraş Rahib Həsənova hazırlatdırıb.

Moskvada ərsəyə gələn heykəli qanuniləşdirmək məqsədi ilə Tağıyevlə Həsənov arasında müqavilə belə bağlanılıb və daha sonra malın kimə məxsus olmasına dair sertifikat alınıb. Yəni qızıl dəvə Zakir Tağıyevin şəxsi mülkiyyətidir.

Bəs dəvənin sonrakı aqibəti necə olub..?

Yenə ölkə mətbuatının yazdığına görə, 1995-ci ildə keçmiş baş prokuror Eldar Həsənovun zamanında prokurorluğun əməkdaşları Zakir Tağıyevin ofisində əməliyyat keçirirlər. Və o gündən dəvə it-bata düşür.

Sonradan dəvənin sorağı Dubaydan gəlir. Kimlərsə dəvəni satmaq istəyərkən məlum olub ki, dəvənin real sahibi satanlar deyil, yəni qaçaqmal kimi satılır. Və bu səbəbdən dəvənin satılması baş tutmur.

Dəvənin surətinin ( kopiya) düzəldilməsi haqqında da xəbərlər dolaşır.

Bütün bunlardan sonra bizim diqqətimizi bugünlərdə feysbuk istifadəçisi Rəşad Rəşidovun qızıl dəvə ilə bağlı statusu cəlb etdi.

O, yazır ki, dəvə xüsusi sifarişlə 1992-ci ildə Moskvada hazırlanıb: “2005-ci ildə MTN həmin dəvə olan villada əməliyyat keçirib. Sonra kimsə dəvəni Dubayda 7 milyon manata satmaq istəyib. Ancaq satış baş tutmayıb və dəvəni Bakıya qaytarıblar. Hətta dəvənin oxşarını düzəldib satmaq istəsələr də alınmayıb. Hazırda dəvə Bakı kəndlərindən birindədir. Dəvəni gizlədənlərdən biri həbsdə, biri isə ev dustağıdır. Dəvənin hazırlayan şəxsin imzası heykəlin içərisində sol tərəfdə həkk olunub”.

Sözün düzü, feysbuk istifadəçisi Rəşad Rəşidovun dediklərinin çoxu vaxtilə ölkə mətbuatında dərc olunub.

Amma onun dəvə heykəlini gizlədənlərin birinin həbsxanada, o birinin ev dustağı olmas barədə dedikləri istər-istəməz diqqəti keçmiş MTN rəhbərliyinə yönəldir.

Deməli Qızıl dəvə axırıncı dəfə onların əlinə keçib.

Qafqaznews.az

Şərhlər

XƏBƏR LENTİ