XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Əli Abbasov AMEA-da işə gedir, Vidadi Zeynalova isə hökm oxunacaq - İlginc

Əli Abbasov AMEA-da işə gedir, Vidadi Zeynalova isə hökm oxunacaq - İlginc

Əli Abbasov AMEA-da işə gedir, Vidadi Zeynalova isə hökm oxunacaq - İlginc
3-06-2017, 00:51

Sabiq rabitə naziri Əli Abbasov AMEA-da müşavir işinə gedir
Bu barədə verilən xəbərə görə, keçmiş nazir təzə işinin başındadır.
Eyni zamanda onun müavini olmuş və indi də nazir müaviin olan İltimas Məmmədov da işinə gedir. Amma nazirliyin sabiq aparat rəhbəri Vuidadi Zeynalova yaxın vaxtlarda hökm oxunacaq.
Sabiq nazir özü də ləğv edilmiş MTN-ə aylıq 800-900 min manat məbləğində "paket” verdiklərini istintaqa bildirib.
Hakimiyyətin onu bağışlamasının bir detalı da vurduğu zərərləri qəpiyinə qədər ödəməsi ola bilər. Hətta V.Zeynalovun vəkili də iddia etmişdi ki, sabiq nazir 8 milyon ödəməli olub. Baxmayaraq ki, Ə.Abasovun vəkili bu informasiyanı təkzib edirdi.
Bildirək ki, dövlət ittihamçısı çıxışında V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Digər təqsirləndirilən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev və O.Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla, onlara şərti cəza verilməsini tələb edib. Dövlət ittihamçısı, həmçinin təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
2000-ci ildən Milli Məclisin deputatı olmuş Əli Abbasov, nazir vəzifəsini əldə etmək istiqamətində uzun müddət gizli iş aparıb.
Bunun üçün o, özünü ölkə rəhbərliyinə rabitə sahəsində yeni texnologiyaların mahir bilicisi kimi təqdim etdirməyə nail olub.
Eyni zamanda sabiq rabitə naziri Nadir Əhmədova qarşı piar kampaniyasının da onun tərəfindən təşkil edildiyi istisna edilmir.
Qısası, 20 fevral 2004-cü il tarixində Əli Abbasovun nazir postuna oturması, heç də çoxlarının fikirləşdiyi kimi, qəfil baş verməyib.
Əvvəla ondan başlamaq lazımdır ki, Ə.Abbasov, İ.Məmmədov, V.Zeynalov, habelə "Aztelekom”un direktoru, "Azərpoçt” rəhbərliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi təkcə maliyyə maxinasiyalarında ittiham olunurdu? Qətiyyən.
Rabitədəki dəstə Milli Təhlükəsizlik Nazirliyindəki kök atmış bandanın əməllərinə şərik olmaqda suçlanırdı.
Söhbət qanunsuz və gizli şəkildə vəzifəli şəxslərin dinlənilməsi, dinləyici qurğuların, cihazların yerləşdirilməsi və s. əməliyyatlarda MTN-nin sabiq şefi Eldar Mahmudovun qruplaşmasına dəstək verməkdən gedir. Amma bu ittihamlar qeyri-rəsmi idi.
Elə Ə.Abbasov özü də istintaq ifadəsində etiraf edir ki, E.Mahmudovdan qorxduğu üçün onun təlimatlarına boyun əyib.
Eks-nazir özünə bu şəkildə bəraət qazandıra bilər ki, səsini çıxara bilməyib və ölkənin onurğa sütunu olan təhlükəsizlik xidməti strukturunun rəhbərinin əmrlərinə tabe olub.
Lakin məsələnin başqa tərəfi var - Mahmudovla Abbasovun bir-birindən işi keçib, xahişləri olub, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq ediblər.
Bu azmış kimi, təkcə qanunsuz dinləmələrdə birgə fəaliyyət olmayıb, nazirlikdə yüksək post tutan məmurlar MTN generallarına aylıq xərac veriblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.