SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Xəmsə” sahibi geri çəkildi: Yumurta satan erməni şirkətlə qovğa bitdi?

“Xəmsə” sahibi geri çəkildi: Yumurta satan erməni şirkətlə qovğa bitdi?

Tarix:

31-05-2017, 09:10

/ 40 934 dəfə oxundu.
“Xəmsə” sahibi geri çəkildi: Yumurta satan erməni şirkətlə qovğa bitdi?

“Xəmsə” restoranının sahibi Mürvət Həsənli ilə yarımerməni şirkəti olan “Emre Piliç” davası səngiyib. İş adamı “Banditizm”də saxlandıqdan sonra bu məsələ ilə bağlı çəkişməni dayandırıb.
Daxil olan xəbərə görə, M.Həsənli geri çəkilib və borcunu ödəmək tələb olunub.
Azərbaycana yumurta satan erməni şirkətinin məhsullarının idxalına qadağa qoyulması əvəzinə onunla əməkdaşlığı dayandırmış təsərrüfat sahibindən şirkətin türk səhmdarı Ömür Oral pulunu tələb edirdi.
M.Həsənli isə şirkətə vəkillik edən Aslan İsmayılovla savaşaraq borcu olmadığını və erməniyə qahmar çıxmaqda vəkili ittiham edirdi.
Mürvət Həsənlinin Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılması və sonra sərbəst buraxılması iş adamını borcunu “Emre Piliç”ə qaytarmaq tələbi ilə reallaşıb.
Bir müddət əvvəl Türkiyədə toyuq, yumurta istehsalı ilə məşğul olan "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin payçıları arasında erməni əsilli şəxsin olması və şirkətin Azərbaycana yumurta yollaması haqda bilgilər gündəmin əsas müzakirə mövzularından birinə çevrilmişdi.
İşlədikləri müddət Mürvət Həsənov daim onlara qayğı göstərdiyindən, özünün Azərbaycanda ən dürüst iş adamı olduğuna inandırdığından onlar Ömür Oralla kirvə də olublar.
Buna görə də Ömür Oral Mürvət Həsənovun dediklərinə heç bir şübhə etməyib, ancaq pullarını tələb etməkdə israrlı olub.
Bu müddət ərzində Mürvət Həsənov Ömür Orala, özünün Azərbaycanda çox ciddi nüfuz sahibi olduğundan, borcların qaytarılmasına çalışacağını bildirib.
Bir müddət Mürvət Həsənov onlara təxminən 2 milyon dollar göndərib, qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirib.
Ömür Oral borclarını tələb etmək üçün Bakıya gələcəyini bildirdikdə Mürvət Həsənov ona Bakıya gəlməsinin onun üçün təhlükəli olduğunu, ödədiyi pulun isə güclə öz nüfuzu, oğru dünyasının adamları ilə zorla təmin etdiyini, Azərbaycanın mafiya qanunları ilə idarə edildiyini bildirib.
Ömür Oral məhz onun bu sözlərinə inanaraq mənim yanıma gələndə deyirdi ki, təhlükəsizliyi baxımından Bakıda olmasının kimsənin bilməsini istəmir.
Əslində isə Ömür Oralın həyatı üçün Bakıda heç bir təhlükə olmayıb. Mürvət Həsənovun ona yalan danışmaqla yerdə qalan puldan imtina etməsinə nail olmaq istəyib.
Yalanının üstü açılandan sonra isə Ömür Oralın sahibi olduğu şirkətdə erməni əsilli Türkiyə vətəndaşının payçı olmasını mətbuata ötürüb.

Şərhlər

XƏBƏR LENTİ