Siyasi sığınacaq alan müstəntiq DİN-dən xaric edilibmiş
Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib.
xalqxeber.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Qarayev üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırılıb: “Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”.
E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.
Qeyd edək ki, E.Qarayevlə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb. Bildirilib ki, müstəntiq xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollanıb və bu ölkədən siyasi sığınacaq istəyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...