SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dövlət Dəniz Administrasiyasında nələr baş verir?

Dövlət Dəniz Administrasiyasında nələr baş verir?

Tarix:

15-05-2017, 15:14

/ 61 901 dəfə oxundu.
Dövlət Dəniz Administrasiyasında nələr baş verir?

Azərbaycan bu gün tranzit ölkəyə çevrilmək üçün ciddi addımlar atmaqda, yeni infrastruktur formalaşdırmaqdadır. Bu həm dəniz həm quru, həm də dəmiryol xətlərinə şamildir. Artıq bununla bağlı bir sıra dövlət proqramları qəbul olunub, struktur islahatları aparılıb və son kadr dəyişikliklərindən sonra bəzi qrumların səlahiyyətlərinə də yenidən baxılıb. Belə qrumlardan biri də Dövlət Dəniz Administrasiyasıdır. Amma deyəsən Dövlət Dəniz Administrasiyası heç də qarşıya qoyulan məqsədlərə nail ola bilmir. Bunun isə başlıca səbəbi Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun təşkilatı tam olaraq idarə edə bilməməsidir.Əldə etdiyimiz məlumata görə təşkilatın müxtəlif strukturlarında ciddi özbaşınalıqlar və yeyintilər baş alıb gedir. Yəqin ki, nə zamansa bu təşkilatın hansısa əməkdaşının övladına 400 min manatlıq toy etməsi xəbərini də eşidəcəyik. Çünki baş verənlərin sonu bununla tamamlanacaq. Keçək mətləbə. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında ən böyük problem təşkilatın tabeliyində olan Nəqliyyat və Texniki-Təminat İdarəsidir. Mənbə bildirir ki, ən ciddi problemlərdə məhz bu idarədədir. Amma Qüdrət Qurbanov məlum və məlum olmayan səbəblərdən bu idarənin işinə tam olaraq müdaxilə edə bilmir. Çünki idarənin özünün əsasnaməsi var və bu əsasnaməyə uyğun olaraq idarə
- Administrasiyanın və idarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin
istismarına nəzarət edir;
- Balansında olan dəniz nəqliyyatı vasitələrinin vaxtı-vaxtında təmirini təşkil
edir;
- Azərbaycan Respublikasının ərazi sularında naviqasiya avadanlıqları və
qurğularının işlək vəziyyətdə olmasını təmin edir;

Gördüyünüz kimi adı çəkilən idarə administrasiyanın əsas büdcəsinə nəzarət edən orqandır. Bu isə idarəyə imkan verir ki, müəyyən zamanlarda öz hökmünü ortaya qoya bilsin. İndi isə keçək bəzi nüanslara. Mənbənin deməsinə görə Nəqliyyat və Texniki-Təminat İdarəsində ən effektli gəlir yerlərindən biri gəmilərin nizamnaməyə uyğun olaraq vaxtlı-vaxtında rənglənməsidir. Amma bu iş sənədlərdə göstərildiyi kimi aparılırmı. Söhbət adi rəngləmədən getsəydi yəqin ki, buna o qədər də əhəmiyyət verməyə dəyməzdi. Amma bir gəminin rənglənməsi, texniki şərtlərə əməl olunması yüz minlərlə manatı keçir. Çünki bu rənglənmə xüsusi rənglərdən istifadə olunmaqla, müəyyən edilmiş qatda rənglənməlidir.
XÜSUSİ XATIRLAMA: Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov bir müddət öncə dövlət əmlakını mənimsəmədə ittiham olunaraq həbs edildi və hazırda ev məhbusudur. Onun haqqında açılan cinayət işində ki, mənimsəmə faktları arasında hərbi gəmilərin düzgün, normalara uyğun rənglənməmələri və məhz bu sahədə yeyintiyə yol verdikləri göstərilirdi.
Bu xatırlamanı isə ona görə etdik ki, məsələnin nə qədər ciddi olduğunu biləsiniz. Bunu da unutmayaq ki, hazırda Dövlət Dəniz Administrasiyasının nəzarətində 447 üzən qurğular və gəmilər var. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Mənbənin verdiyi məlumata görə hazırda administrasiyada şübhəli sahələrdən biri də mazutdan istifadənin nə qədər şəffaf olması məsələsidir. Qeyd edək ki, bu məsələ də ciddi faktdır. Nəhayət bütün bunların hamısından da daha çox pulun sərf olunduğu sahə üzən qurğuların və gəmilərin təmiridir. Bir daha yada salaq ki, Şahin Sultanovun həbsində gəmilərin təmiri məsələsi də mühüm rol oynadı. Çünki təmir adıyla büdcədən götürülən pulların təyinatı üzrə istifadə edilmədiyi təsdiqini tapmışdı. Bu isə növbəti milyonların yeyintisi demək idi. Bildirilir ki, hazırda eyni proseslər Dövlət Dəniz Administrasiyasında baş verir. Amma burada əsas məsələlərdən biri də budur ki, təşkilat daxilində müxtəlif qruplaşmalar yaranıb və tam bir nəzarətsizlik, dövlət büdcəsinə daxilolmalarda şəfafflığın təmin olunmaması dayanır. Dövlət Dəniz Administrasiyası daxilində ki, qruplaşmalar haqqında isə gələn yazımızda.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ