Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər
- 1-09-2021, 11:16
- 1 577
Onların arasında Azərbaycandan olan müştərilər də var.
Britaniyanın “Estate Agent Today” portalı yazır ki, Londonun tanınmış daşınmaz əmlak agenti şəhərə daha çox xarici müştərilərin qayıtdığını deyir. Və gözləyir ki, sentyabr ayında onların sayı daha da artacaq.
“Eccord” daşınmaz əmlak agentliyinin icraçı direktoru Co Ekkls bildirir ki, hazırda o, İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Həmin müştərilər 2.5 milyon funt sterlinqdən 10 milyon funt sterlinqə qədər dəyərində evlər almaq üçün sifarişlər veriblər.
Onun sözlərinə görə, bəzi müştərilər özləri ev axtarmağa çalışır, amma tapa bilməyəndə daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edir. Bu da müştərilərin artmasına səbəb olur.
Xatırladaq ki, Böyük Britaniyada qəbul edilmiş yeni qanunlara əsasən bu ölkədə hansısa daşınmaz əmlak və ya diər aktivlər almaq istəyən xaricilər vəsaiti qanuni yolla qazandıqlarını sübut etməlidir.(virtualaz.org)