"Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir" - İTTİHAM
- 28-08-2021, 21:06
- 1 185
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
“İndi isə daha ətraflı adı çəkilən "irs" barədə. Ağstafanın icra başçısı Seymur Orucov 1984-cü ildə anadan olub, 2007-ci ildə qayınatası Şəmsəddin Hacıyevin rektor olduğu İqtisad Universitetində magistr dərəcəsi alıb və artıq 2009-cu ildə həmin Universitetin prorektoru vəzifəsini tutub. Həmin il də YAP Gənclər Təşkilatının sədri seçilib. Seymur Orucovun dayısı Səttar Mehbalıyev isə 1990-cı illərdən Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, elə o vaxtlardan Milli Məclisin deputatıdır. Ən başlıcası isə S.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, bu yaxınlarda "qoz kimiyəm" deyən Əli Həsənovla qudadırlar. Bu şəxs də hansısa fitri istedadına görə yox, məhz bu qohumluq əlaqəsinə görə ildırım sürəti ilə irəliləyib. Bəziləri isə bu təyinatı bizə islahatları həyata keçirmək üçün gənclərin vəzifəyə gətirilməsi kimi təqdim etməyə çalışırlar. İndi başa düşdünüz ki, qeyd olunan irs yaşayır və fəaliyyətdədir” – A.İsmayılov qeyd edib