Satıcını və polis işçisini təhdid edən şəxs kimdir?
- 24-08-2021, 12:19
- 836
Eyni şəxs daha bir bənzər videonu polis bölməsində çəkib. O, polis mayoruna qarşı təhdidedici ifadələr işlədib. Daha sonra mübahisəni davaya çevirərək polisin yanında oturmağa cəhd edib. Polis əməkdaşına “yerində sakit otur”, - deyə göstəriş verməyə çalışıb.
Sosial şəbəkədə paylaşılan hər iki video ciddi müzakirələrə səbəb olub. Həmin şəxsin vətəndaşlara, dövlət məmuruna qarşı bu cür davranışı pislənilib və ona qarşı tədbir görülməsi tələb edilib.
“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E. Hacıyev yayılan videolardan xəbərdar olduğunu bildirib: “Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır”.