Kənd təsərrüfatının inkişafına kimlər mane olur? - GƏLİŞMƏ
- 30-06-2021, 16:55
- 951
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, aqrar sektorda son zamanlar fiziki artımın olması görünür. Amma bu sektordakı xroniki problemlər hələ də qalmaqdadır: “Yəni keçən ilə nisbətən bu ilin ilk beş ayında müəyyən artım müşahidə olunsa da, yeni bazarlara çıxış imkanları hələ də məhduddur. Rusiya bazarından asılılıq ciddi şəkildə qalmaqdadır. Suvarma probleminin həlli ilə bağlı hələki irəliləyiş əldə olunmayıb. Eyni zamanda inkişaf etmiş aqrar ölkələrə nisbətən Azərbaycanda məhsuldarlıq kifayət qədər aşağı səviyyədədir. Bütün bunlar onu deməyə əsas verir ki, aqrar sektordakı mövcud problemlər və fundamental yanaşmalar dəyişməlidir. Yəni əl əməyindən istifafdə azalmalıdır, seleksiya işləri gücləndirilməlidir , suvarma problemləri həll edilməlidir və ən əsası isə yeni bazarlara çıxış imkanları əldə olunmalıdır”.
Natiq Cəfərli müxalifəti yıxıb sürüdüNatiq Cəfərli əlavə edib ki, Rusiya bazarlarından asılılıq Azərbaycanın kənd təsərrüfatında çalışan insanlara kifayət qədər problemlər yaradır: “Daxili bazarlarda da kifayət qədər problemlər mövcuddur. Hökumət “Tarladan- süfrəyə” konsepsiyasını elan etsə də, bunu həyata keçirə bilmir. Ona görə də, fermerlər birbaşa bazara çıxış imkanlarının məhdudluğu səbəbindən, öz qapılarından məhsulu çox ucuz qiymətə satmağa məcbur olurlar. Bu da onların gəlirliliyinə və stimmullaşdırılmasına mənfi təsir göstərir. Buna görə də, “Tarladan- süfrəyə” konsepsiyasının yerinə yetirilməsi üçün fermerlərin birbaşa çıxış imkanları genişləndirilməlidir”.