SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fəzail Ağamalı haradadır?

Fəzail Ağamalı haradadır?

Tarix:

12-05-2017, 09:49

/ 86 488 dəfə oxundu.
Fəzail Ağamalı haradadır?

AVP sözçüsü: “Məsələni böyütməyə ehtiyac yoxdur”; Akif Təfəkküloğlu: “Əlaqə saxlaya bilmirik”
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalıdan uzun müddətdir xəbər yoxdur. Novruz bayramından sonra demək olar deputat mətbuata da çıxmır. Günlər öncə onun səhhətində problemlərin yaranması ilə bağlı xaricə aparıldığı deyilsə də, hələ ki bu xəbərlər öz təsdiqini tapmayıb. Partiya sədrinin Milli Məclisin iclaslarına qatılmadığı da deyilir.
AVP-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova açıqlamasında deputatın hazırda xaricdə olduğunu təsdiqlədi: “Fəzail müəllim hazırda xarici ölkələrin birində istirahət edir. Bəzi KİV-lərdə yazılan məlumat doğru deyil, Fəzail müəllimin səhhətində heç bir problem yoxdur. Hər bir Azərbaycan vətəndaşının istirahət etmək hüququ olduğu kimi, müəllim də bu hüququndan istifadə edir, məncə, bunu böyütməyə ehtiyac yoxdur. Və parlamentin iclaslarına qatılmamağına gəlincə isə bu, normal bir şeydir ki, parlamentin üzvü ezamiyyətlərdə olmasi ilə əlaqədar iclasda olmaya bilər. İstirahətdə də olub-olmaya və ya şəxsi işləri ilə əlaqədar iclaslara qatılmaya bilər, burda da bir problem görmürəm. Yaxın günlərdə Fəzail müəllim istirahətdən qayıdacaq”.
Deputat Fərəc Quliyev həmkarının sağlam olduğunu söylədi: “Parlamentin iclaslarına qatıldığı zaman Fəzail bəy daim maraqlı çıxışlar edir. Onunla bağlı ciddi bir problemin olduğunu düşünmürəm. İstirahətdə, yaxud ölkədən kənarda ezamiyyətdə ola bilər. İndi məlumatım oldu ki, uzun müddətdir mətbuatdan gedib. Bununla maraqlanacam, şəxsi münasibətlərimiz buna imkan da verir. İndiki halda dəqiq məlumatım yoxdur. Novruz bayramından sonra parlamentin iclaslarına qatıldığı vaxtlar olub. Səhhəti ilə bağlı onu deyə bilərəm ki, Fəzail müəllim bağda işləyən çox sağlam kənd adamıdır, fiziki cəhətdən də çox yaxşıdır. Bundan sonra da ona bu cür sağlamlıq arzulayıram”.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təfəkküloğlu deputatın durumundan xəbərsiz olduqlarını qeyd etdi: “Fəzail müəllim parlamentin son iclasında olmayıb. Əlaqəmiz yoxdur deyə, məlumatımız da yoxdur. Əlaqə qura da bilmirik”.
Qeyd edək ki, deputatın özü ilə də əlaqə saxlamaq mümkün deyil, telefonları bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ