Maliyyə Nazirliyi yoxlamalarda gecikib - Daldan atılan daş...
- 17-02-2021, 10:40
- 1 172
Yoxlamaların effektiv nəticə verib-verməməsinə dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Maliyyə Nazirliyinin funksiyalarından biri dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı araşdırmalar aparmaqdır:
“Təəssüf ki, “Azərxalça”nın rəhbərliyi ilə bağlı həbs tədbiri görüləndən sonra bu yoxlamalara başlanıldı. Bəlkə də, Maliyyə Nazirliyi araşdırmaları öncədən aparsaydı, neqativ halların qarşısını almaq daha tez olardı.
Ona görə də “Azərxalça”dakı xoşagəlməz hadisələr bir növ örnək olmalıdır. Büdcədən ayrılan vəsaitlərlə bağlı həm Hesablamalar Palatası, həm də Maliyyə Nazirliyi öz səlahiyyətlərindən daha ciddi istifadə etməlidir.
Çünki sonradan üzə çıxan korrupsiya faktlarından məlum olur ki, büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və bu sahədə kifayət qədər problemlər yaşanır. Maliyyə Nazirliyi qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində müəyyən yoxlamalar apara bilər.
Lakin bu yoxlamalar hansısa neqativ hadisələr baş verəndən sonra yox, əvvəlcədən olmalıdır”.