XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Tovuzdakı məktəbdə nə baş verir? - “Keçmiş direktorun oğlu şantaj edir”

Tovuzdakı məktəbdə nə baş verir? - “Keçmiş direktorun oğlu şantaj edir”

Tovuzdakı məktəbdə nə baş verir? - “Keçmiş direktorun oğlu şantaj edir”
18-04-2017, 18:19

Tovuzun Qalaboynu kəndində şagirdlərin döyülməsi ilə bağlı yaradılan Komissiyanın işi yekunlaşıb.

Bu barədə rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məlumat verib. O bildirib ki, komissiya üzvləri bu gün məktəbə gedərək direktordan, müəllimdən və uşaqlardan izahat alıb:

“Uşaqlar izahatında qeyd ediblər ki, onlar müəllim tərəfindən döyülməyiblər. Məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov bildirib ki, o həmişə məktəbə mülki geyimdə gəlir, nadirən xüsusi tədbirlər zamanı hərbi geyimdən istifadə edir. Videoda əks olunan şəxs də o deyil. Direktor məlumat verib ki, həmin sinif məktəbə məxsus deyil. Son nəticə ondan ibarətdir ki, həmin video quraşdırılmış videodur. Mənim şübhələrimə əsasən, bu, məktəbin keçmiş direktorunun oğlu, hazırda orada informatika müəllimi işləyən Qəhrəman Nağıyevin əməlidir. O, hazırkı direktoru həmişə şantaj edir. Bildirir ki, onun Bakıda evi var. İstəyəndə dərslərə gələ bilər, istəməyəndə yox. Direktor onun bu nizamsızlığını yola verməlidir. Məktəbin direktoru isə bu cür məsələlərdən imtina etdiyinə görə, Qəhrəman Nağıyev məktəb barəsində şər kampaniyası aparır. Onun barəsində dəfələrlə bu tip məlumatlar yayılıb. İndi də mən onun əməlləri haqqında Təhsil Nazirliyinə, eyni zamanda hüquq- mühafizə orqanlarına müraciət edəcəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.