SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Azərbaycanın İslam Həmrəyliyi siyasətinə qarşı "Hacı Cavad" badalağı... - İcazə verin, şübhələnək...

Azərbaycanın İslam Həmrəyliyi siyasətinə qarşı "Hacı Cavad" badalağı... - İcazə verin, şübhələnək...

Tarix:

13-04-2017, 18:42

/ 109 781 dəfə oxundu.
Azərbaycanın İslam Həmrəyliyi siyasətinə qarşı "Hacı Cavad" badalağı... - İcazə verin, şübhələnək...

Dünən bir olay diqqətimiz çəkdi. Keçmiş "Sovetski" deyilən ərazidə məscidin sökülməsi və buna verilən reaksiya.
Yox, burada diqqətçəkəni nə hansısa ibadət yerinin plana salınması idi, nə də hansısa dindarın və yaxud da dindarların reaksiyası. Məsələ bunda deyildi.
Əgər iş həqiqətən də məscidin sökülməsində idisə, illərdir dşümən tapdağında olan məscidlərimizxarabalığa şevrilir və həmin dindarların da hansısa reaksiyası gözə dəymir.
Tamam, anlaşılandır, deyəcəklər ki, bəs, "biz istəyirik, amma dövlətimiz müharibə qərarı vermir"....
Mən də deyirəm, canımızın fəda olduğu dövlətimiz heç Suriyadakı savaşa da qərar verməyib. Amma buna baxmayaraq, bu gün Azərbaycanın müxtəlif təriqətlərindən olan vətəndaşları, yəni həm də bizim sapmış qardaşlarımız Suriyada tərəflərə bölünərək bir-birilərinə silah çəkməkdə, canlarını fəda etməkdədirlər. Buna nə deyirsiniz?
Yəni cənnətə düşmək üşün mütləq və mütləq ya Bəşər Əsədin yanında, ya da onun önündə durmaq lazımdır?
Məgər Qarabağ itgisi həmin o kəslərin cənnəti qarantiləmələri üçün yetərli ünvan deyilmi, yetərli müqəddəsliyi ehtiva etmirmi?

Bax, məsələ, söhbətimizin ikinci məqamındadır: YETƏRLİ MÜQƏDDƏSLİK!
Bu gün özünü Hacı Cavad Məscidi uğrunda fədai kimi görənlər, canını Suriyanın, İraqın çöllüklərində itlərə yem edəcək qədərində dəyərsiz bilənlər nəhayətdə bu məqama diqqət yetirməlidirlər ki, bütün inanclar və inanılanlar, təfəkkürlər BÜTÜN olmalıdır. Bax, o zaman elliklə elin rəğbətini qazanar, mücadilədə cənnətinizi qazanarsınız.
Amma kimsə inad etməsin, mən bu gün Şuşadakı məscidimizin halına tükü belə tərpənməyən hansısa kəsin Bakının mərkəzində CƏNNƏT DAVASINA çıxmasını heç cürə səmimi qəbul edə bilmərəm və bu yüzə yüz belədir.
Burada söhbət ancaq manipulyasiyadan gedir ki, hiss olundu da. Açıq şəkildə ifadə etdilər ki, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanda rahatçılıq ola bilməz. Şünki Azərbaycan sözün əsl mənasında ağır bir yükün altına girib. Hətta bölünmə açısından belə baxdıqda, bu yükün nə qədər ağır olduğunu, çiyinlərimizi üzdüyünü görməmək mümkün deyil.
Bu vaxta qədər qeyd olunan tədbir sünni Səudiyyə Ərəbistanında keçirilib və ilk dəfədir ki, bir şiə-müsəlman ölkəsində keçiriləcək. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi həqiqətən də bu gün onsuz da divara durənmiş olan İslam dünyası üçün vacibdən də vacib olan, həm də bir simvolik məna kəsb edən HADİSƏDİR...
Ki, bunu kimlərsə həzm edə bilmir və yaxud da bunu rəvac verməsini önləməyə çalışır.
Təbii ki, qeyd olunan olaya dövlətin verdiyi reaksiya da anlaşılandır. OLduqca həssas bir mövzudur. Hətta dövlət əks yöndə belə qərar versəydi, heç nə dəyişməyəcəkdi... Yalnız həmin əks mövqedə dayananların ağzına gəmirməyə sümük olacaqdı ki, onlar da dövlətimizin İSLAM HƏMRƏYLİYİNDƏKİ səmimiyyətini şübhəyə almağa çalışacaqdılar.
Planları pozuldu. Plana düşən məscidlə bağlı planları...

***
Bu dünən "Sovetski"də meydan sulayıb kimi görünənlər həm də ona görə səmimi deyillər ki, hansısa birinin sayı günügündən artan məscidlərlə bağlı alqışlarını belə duymamışıq. Məgər bu dövlət deyilmi, regionda ən böyük məscidi inşa etdirən və ümumiyyətlə, onlarla məscid tikdirən. Nədən bu hadisələri təqdir etmirdilər. Əgər dünən təqdir etsəydilər, bu gün sıraları beş-on nəfərlə məhdudlaşmazdı.
Amma saylarının məhdudluğuna rəğmən dövlət yenə də vətəndaşının yanında oldu. Ona görə yox ki, nədənsə ehtiyat etdi. Ona görə ki, burada söhbət Azərbaycan dövlətinin dinlə bağlı siyasətini məşğul edirdi.
Buna görə, kimlərinsə ağzına sümük verilmədi. Amma bu millət üçün gerçək dəyər nə hansısa müqəddəs daş, nə də hansısa müqəddəs ağacdır. Bu millət üçün dəyərli olanı onun varlığı, kimliyi, itirdiyi torpaqlarıdır ki, həmin torpaqların üzərində də "Hacı Cavad"lar yetərincədir, düşmən əlində illərdir təhqir olunur.
Buna danışın, buna görə, dövlətin qarşısında tələb qoyun... gələk əllərinizdən öpək!
Allah namazınızı qəbul etsin... Əgər mümkün olacaqsa...

Məhəmməd ƏRSOY

Şərhlər

XƏBƏR LENTİ