“Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?” - Millət vəkili
Millət vəkili Əli Məsimli "Banklar haqqında” qanunun müzakirəsi zamanı çıxış edib.
O, çıxışında qeyd edib ki, qanunla Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla xeyli səlahiyyət verilir: " Ancaq biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur”.
Eyni zamanda millət vəkili təklif edib ki, əgər banklar hər hansı addım atmaq istəyirlərsə, 1000 dollara qədər olan kreditləri may ayının 28-dək bağlasınlar: "Hökumət də bunu görsün və uyğun addım atsın”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. Eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.
"Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: "Bununla nə etmək istəyirik?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...