Generalın qiyam ərəfəsində Azərbaycanda zəng etdiyi nömrə məlum oldu
Xəbər verildiyi kimi Ankara Cümhuriyyət Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə bir sıra xarici ölkələrlə, o cümlədən Azərbaycandakı abonentlərlə telefon danışıqları apardığını istintaq materiallarına əlavə edib.
General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Türkiyə mətbuatı bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Belə məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda "Azərcell"in 051 660 00 38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.
Sayt həmin mobil nömrəyə zəng vurub və məlum olub ki, hazırda nömrə işlək deyil. Operator həmin nömrəyə zəng çatmadığını, telefonun ya söndürüldüyünü, ya əhatə dairəsi xaricində olduğunu bildirir...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...