SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » General deşifrə etdi: MTN-nin tutduğu Vəliyevlə vergilər nazirini nələr bağlayır?

General deşifrə etdi: MTN-nin tutduğu Vəliyevlə vergilər nazirini nələr bağlayır?

Tarix:

19-01-2017, 00:04

/ 4 316 dəfə oxundu.
General deşifrə etdi: MTN-nin tutduğu Vəliyevlə vergilər nazirini nələr bağlayır?

Vergilər Nazirliyinin Departament rəisi, general Vidadi Məmmədov də istintaqa cəlb edilib

O, ifadəsində bu vəzifədə 27 oktyabr 2010-cu ildən 16 sentyabr 2015-ci ilə kimi işlədiyini deyib:

“Əvvəllər uzun müddət Daxili İşlər Nazirliyinin orqanlarında müxtəlif vəzifələrdə çalışmışam, ləğv edilmiş MTN-in 4-cü Baş idarəsinin sabiq rəisi Sübahir Qurbanovla Daxili işlər orqanlarında birlikdə işlədiyimdən onu yaxşı tanımışam.

Həmçinin Sübahir Qurbanovla 2011-ci ildən quda olmuşuq, yaxın münasibətimiz olub. “La parfumery” mağazaları şəbəkəsinin sahibi Arif Vəliyevi qiyabi tanıyıram, onun qardaşı Səməd Vəliyev Vergilər Nazirliyində işləyir.

2015-ci ilin mart ayında Arif Vəliyev mənə zəng edərək işçisinin MTN-in əməkdaşları tərəfindən saxlanılması və MTN-in inzibati binasına aparılması barədə məlumat verdi və bunun səbəbinin nə olduğunu qudam Sübahir Qurbanovdan dəqiqləşdirməyimi xahiş etdi.

Mən də ona Sübahir Qurbanovla danışacağıma söz verdim. Bir neçə dəqiqə sonra Sübahir Qurbanova zəng edib məsələni araşdırmasını xahiş etdim. O da lazımi tədbirlər görəcəyini dedi”.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Ərəstun Nəsibov ifadəsində bildirib ki, şəriki Arif Vəliyevlə birlikdə Rusiya və Avropadan Azərbaycana kosmetika malları gətirib “28 may” metrostansiyasının yaxınlığındakı mağazalarında satıblar. Bir gün isə işə gedərkən MTN-çilər onun maşınının qarşısını kəsib nazirliyə aparıblar.

Araşdırma zamanı məlum olub ki, MTN tərəfindən saxlanmış Arif Vəliyevin qardaşı Səməd Vəliyev bir çox vəzifələrdə çalışıb. O, Şəkidə 11 saylı Vergi İdarəsinin rəisi, Yevlaxın Regional İdarəsinin rəisi, ardınca Sumqayıtda çalışıb.

Əldə etdiyimiz bilgilərə görə, S.Vəliyevin xanımı ilə vergilər naziri Fazil Məmmədovun həyat yoldaşı çox yaxın münasibətləri var. Hətta çox adam onları bacanaq kimi tanıyırlar. Bundan başqa, onun əmisi oğlu Malik Vəliyev Tərtər Regional Təhsil Mərkəzinin rəhbəridir.

M.Vəliyev barəsində müxtəlif ittihamlar mətbuatda səsləndirilib. Bundan başqa, MTN-nn saxladığı Arif Vəliyev Sumqayıtın icra başçısı Zakir Fərəcovun da yaxın qohumudur.

İddialara görə, bu məsələnin həllini vergilər naziri özü departament rəisi Vidadi Məmmədova qudası Sübahur Qurbanovdan xahiş etməsini istəyib.

Səməd Vəliyev barəsində mətbuatda kifayət qədər ittihamlar çap olunub. Səməd Vəliyev nazirin bacanağı olduğunu əsas gətirərək, kimsədən çəkinmədiyini bildirirdi. Üstəlik, vətəndaşları qəbul etməkdən imtina edir. Adını da belə qoyur ki, tanımadığı adamla görüşmürdü.

Şərhlər

XƏBƏR LENTİ