Çovdarovun məhkəməsində hakimin ötür-ötür oyunu və şübhəli bığlı kişi...
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün də davam etdirilir.
Hakim Həbib Həsənovun sədrliyi ilə başlayan prosesdə jurnalistlərin iştirakı məsələsi müzakirə olunub.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə məhkəməyə buraxılacaqları ilə bağlı məlumat verib. Media nümayəndələri məhkəmə binasına daxil olsa da sonradan polis əməkdaşı onların girişinə icazə verilmədiyi deyib.
Çovdarovun digər vəkili Sadiq Rəsulov isə musavat.com-a deyib ki, ötən prosesdə hakim Həbib Həsənov jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı məhdudiyyətin olmadığını söyləyibmiş: "Məhkəmədə başqa jurnalist var. Biz ötən proses onu ifşa etdik. Həmin şəxs israr etdi ki, zərərçəkmişlərdən birinin nümayəndəsidir. Amma məlum oldu ki, yalan danışır. Akif Çovdarov da digər jutnalistlərin prosesə buraxılmasını istədi. Amma bu gün yenə də jurnalistlərlə bağlı məsələ müzakirə edildi. Polis deyir ki, bu barədə göstərişi hakim Həbib Həsnovdan alıb və jurnalistləri zala buraxa bilməz. Amma hakim isə deyir ki, polisə belə bir tapşırıq verməyib və verə də bilməz".
Vəkillərin dediyinə görə, ötən prosesdə Akif Çovdarov zalda əyləşən şəxslərdən birinin jurnalist olması haqda bunları bildirib: "Arxada əyləşən bığlı kişi jurnalistdir və burada olanları qərəzli şəkildə yazır".
Media nümayəndələri də məhkəmə binasının polis nəzarətçisindən məsələyə münasibət öyrəniblər. Polis əməkdaşı deyir ki, jurnalistləri məhkəməyə buraxmamaq göstərişini hakim Həbib Həsənovdan alıb.
Çovdarovun 4 aya yaxındır davam edən məhkəmə prosesində eyni qaydada hakim və polis arasında ötür-ötür oyunu gedir.
Hakim Həbib Həsənov ilk gündən məhkəmə prosesinin media nümayəndələrinə qapalı olmadığını demişdi...
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...