Heykəltaraş "Azəravtoyol"a hiddətləndi: "Bu, əsl vandalizmdir..."
Bakıda görkəmli şair, gənc yaşında Stalin repressiyasının qurbanı olmuş Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən dağıdılması faktı ilə bağlı Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədovla da əlaqə saxlayıb. X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib.
“Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil. Həmin heykəl bizim nüfuzlu qadın heykəltaraşımız, mərhum Münəvvər Rzayevanın ən layiqli əsərlərindən biri idi, kifayət qədər yaxşı vəziyyətdə qalmışdı və heç bir bərpaya-filana ehtiyacı yox idi”-Xanlar Əhmədov deyib.
Müsahibimiz “Azəravtoyol” ASC-nin heykəlin guya dağıdılmadığı və həmin ərazidə aparılan yenidənqurma işlərindən sonra “qaytarılıb yerinə qoyulacağı” barədə mövqeyini də anlaşılmaz sayır. “Açıq-aşkar görünür ki, heykəltaraşın əsəri korlanıb, indi onu necə qaytarıb yerinə qoyacaqlar?”-o, sual edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...