"Davos görüşü ona görə vacibdir ki..." - ŞƏRH
"Davosdan real nəticələr gözləmək yalnış olardı. Amma dövlət başçıları və böyük şirkətlərin rəhbərləri bura ona görə qatılırlar ki, gələcək inkişaf yolunu müəyyən etsinlər. Problemlərin varlığı ətrafında diskusiyya aparsınlar".
Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu bildirib ki, Azərbayca prezidenti də ölkədə olan məslələrlə bağlı müzakirə aparacaq: "Artıq bir neçə şirkət rəhbəri ilə İlham Əliyev arasında görüş keçirilib. Şirkət rəhbərləri ilə görüş o baxımdan vacibdir ki, Azərbaycanın çox ciddi investisiyalara ehtiyacı var. Dövlət başçısı bu görüşlərdə iştirak etməklə, həmin şirkətləri Azərbaycana cəlb etmək istəyir. Gələcək əməkdaşlığın təməlini qoyur".
Elxan Şahinoğlu bildirib ki, Davosda iki tərəfli görüşlər də həyata keçrilir: "Bu da iqtisadi əməkdaşlığın yollarının araşıdırlması ilə bağlıdır. Bu o demək deyil ki, Davosda hansısa müqavilə imzalanıb, açıqlama verilməlidir ki, biz Azərbaycanda 1 aydan sonra işə başlayacağıq. Amma Azərbaycanı tanıtmaq və əməkdaşlıq qurmaq baxımından Davos görüşləri çox əhəmiyyətlidir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...