Kamil Zeynallı "qara siyahı"ya salınacaq? - AZAL-dan açıqlama
ATV telekanalında yayımlanan "Kişi klubu"nun aparıcısı, tanınmış idman ustası Kamil Zeynallının "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarədə qeyri-etik hərəkətləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta qalmaqal o qədər böyüyüb ki, idmançı bu haqda xəbər yazan jurnalistləri təhqir etməkdən belə çəkinməyib.
"Azərbaycan hava Yolları" QSC məsələyə rəsmi münasibət bildirib.
AZAL-dan verilən məlumata görə, bu hərəkətinə görə Kamil Zeynallı "qara siyahı"ya salınmayacaq.
"Sərnişinin davranışı başqa sərnişinlərin rahatlığına və uçuş təhlükəsizliyinə bilavasitə təsir edə biləcək kimi qiymətləndirilərsə, onun adı arzuolunmaz sərnişinlər siyahısına əlavə oluna bilər. Hələlik heç bir rəsmi müraciət olmadığından Kamil Zeynallıya heç bir xəbərdarlıq da olunmayıb".
Qurumdan bildirilib ki, uçuş zamanı təhlükəsizlik qaydalarını pozan sərnişinlər müvafiq milli qanunvericilik və beynalxalq qaydalar əsasında məsuliyyətə cəlb oluna bilərlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...