YASAMALA BAŞÇI TƏYİNATI GÖZLƏNİLİR – Hansı klan qalib çıxdı?
- 11-11-2017, 21:48
- 79 193
Bu ipucundan hakimiyyətdaxili klanların Yasamal uğrunda aylardır davam edən mübarizəsindən hansı klanın qalib çıxdığını təxmin etmək çətin deyil. Qələbə, əvvəlcədən də gözlənildiyi kimi, ən şanslı klanın tərəfindədir.
Xatırladaq ki, Prezident İlham Əliyev keçmiş başçı İbrahim Mehdiyevi iyulun 1-də, rəsmi versiyaya görə, Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirdiyi üçün” vəzifəsindən azad etmişdi. Bu gözlənilməz sərəncamdan dərhal sonra hakimiyyətdaxili qruplaşmalar böyük söküntü-tikinti işlərinin aparıldığı “yağlı tikə” olan Yasamal uğrunda mübarizəyə başladılar. Mübarizənin kəskinliyi və namizədlərin çoxluğu nəticəsində 4 aydan artıqdır ki, Yasamal başsız qalıb. Lakin belə görünür ki, artıq qəti qərara gəlmək mümkün olub.
“AzPolitika”