XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Cəlilabadlı Ramiz Həsənov 6 milyonu necə silib?

Cəlilabadlı Ramiz Həsənov 6 milyonu necə silib?

Cəlilabadlı Ramiz Həsənov 6 milyonu necə silib?
5-02-2017, 23:39

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyinin yeni-yeni cinayətlərinin üstü açılır

Poçt idarələrinin tikintisində yol verilən maxinasiyaları üzə çıxarıb.

Sabiq rabitə naziri Əli Abbasovla müavini İltimas Məmmədovun poçtların tikintisinə ayrılan vəsaitləri şişirdərək milyonları mənimsədiyi məlum olub. İstənilən regionda poçt şöbəsinin tikintisi 6000-7000 manata başa gəlir.

Nazir və müavini isə bu işləri 80000-90000 manata sənədləşdirilib. O cümlədən nazirliyə tabe olan müəssisələrində təmir-tikinti işləri bu cür formada şişirdilib.

Bu tikintiləri isə nazir müavini İltimas Məmmədovun yaxın adamı cəlilabadlı Həsənov Ramiz Şirindil oğluna məxsus “İmaməli” MMC, “Cavad” MMC, “Ceyhun 94” MMC-lər vasitəsi ilə həyata keçirilib.

Nəticədə 6 milyon manat pul qazanılıb. Ümumiyyətcə nazirliyin tenderlərinin 60-70 faizini məhz bu şəxsin şirkətləri vasitəsi ilə qazanılıb.

İ.Məmmədov isə istintaqa ifadəsində bu mənimsəmələri nazirliyin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun ayağına yazıb. Nəticədə nazir və müavini bu oyunlardan salamat çıxmağı bacarıb.

İ.Məmmədov yaxın çevrəsində həbsdən qurtuluşun təfsilatını danışıb. İddialara görə, nazir müavini istintaqa 300 000 verdiyini bildirib.

Beləliklə, təkcə poçt idarələrinin tikintisindən 6 milyon qatlayan nazir və müavini yarım milyona yaxın pul xərcləməkdə problem görməyib. Çünki təkcə bu sahədə yox, digər sektorlarda da maxinasiyalar imkanı geniş olub.

Onu da deyək ki, Əli Abbasov da öz ifadəsində təsdiq edib ki, Vidadi Zeynalovun onun tapşırığı ilə pulları alıb, ona verib və yaxud da kimlərəsə “paket” verib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.