XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Vidadi Zeynalov: “Əli Abbasov gəlməsə danışmayacam” - Rabitə işində sensasiya

Vidadi Zeynalov: “Əli Abbasov gəlməsə danışmayacam” - Rabitə işində sensasiya

Vidadi Zeynalov: “Əli Abbasov gəlməsə danışmayacam” - Rabitə işində sensasiya
3-02-2017, 23:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifovla Bəylər Məmişov Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev mübahisə edib.

Mübahisəyə səbəb bir neçə gün əvvəl Vidadi Zeynalovun əmlakı ilə bağlı olub.

Ceyhun Yusifov:

-Məhəmməd Məmmədovun əmlakının üzərinə qoyulan əmlak götürülüb. Mətbuatdada sifarişlə Məhəmməd Məmmədovun vəkilləri Vidadinin əmlakı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Şahin Rəfiyev:

-Mən yaxşı vəkiləm.

Bəylər Məmişov:

-Gəl onda burada imtahan verək.

Ceyhun Yusifov:

-Şahin Rəfiyev heç imtahanda 15 bal toplaya bilməz.

Şahin Rəfiyev:

-Mən müdafiyə qurmuşam, Məhəmməd Məmmədov əmlakını həbsdən götürlməsi müdafiə qurmağımızla bağlıdır.

Bəylər Məmişov:

-Özünü ağıllı hesab edirsən, ayıbdır.

Daha sonra hakimlər zala gəlib.

Hakim deyib ki, şahidlərin məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib, amma telefonlarına zəng çatmır.

Hakim şahidlərin dindirilməsi mərhələsinin başa çatdığını deyib:

-Şahidlərin dindirilməsinin başa çatdırmaq lazımdır.

Ceyhun Yusifov:

-Bizim şahidlərimiz olacaq. Onların dindirilməsi ilə bağlı vəsatətimiz var.

Hakim:

-Onda fikirlərinizi qətiləşdirin, vəsatət verin. Prosesi uzatmağın mənası yoxdur. Amma prosesi uzatmaqda olar, bu heç kimə xeyr gətirməyəcək.

Ceyhun Yusifov:

-Vəsatətlərlə bağlı bizə vaxt verin.

Hakim:

-Vidadi Zeynalov növbəti prosesdə ifadə vermək təklif olunur.

Vidadi Zeynalov:

-Əli Abbasov məhkəməyə gəlməsə danışmayacam.

Bundan sonra hakimlər şahidlərin gəlmədiyini əsas gətirib və prosesin başqa vaxta keçirildiyini açıqlayıb. Proses fevralın 8-də davam edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.