XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Əli Həsənov 80 min qaçqının pulunu nəvəsinə verib: Ləğv ediləcək “Qaçqınkom” yoxlanır...

Əli Həsənov 80 min qaçqının pulunu nəvəsinə verib: Ləğv ediləcək “Qaçqınkom” yoxlanır...

Əli Həsənov 80 min qaçqının pulunu nəvəsinə verib: Ləğv ediləcək “Qaçqınkom” yoxlanır...
9-08-2017, 09:42

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşın kolleksiyasının 3 milyon qiyməti var
Hesablamalar nəticəsində bu qənaətə iqtisadçı Qubad İbadoğlu gəlib. İqtisadçı bildirir ki, bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il işləmək lazımdır.
Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.
Lakin qısa müddətə varlanan və maşınları sıraya düzlənən komitə sədrinin nəvəsi babasının dövlətdən oğurladığı pullarla zəngin həyatı yaşayıb. Bu da özlüyündə “Qaçqınkom” sədrinin fəaliyyətinin təftiş olunmasına rəvac verib.
Hesablama Palatası, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi komitə sədrinin büdcədən ayrılan pulları necə xərcləməsini araşdıra bilər.
Əldə etdiyimiz bilgilərə görə, artıq hüquq-mühafizə orqanlarında “Qaçqınkom”un fəaliyyəti barədə yoxlama və araşdırma aparılır.
Komitənin dosyesi hazır olduqdan sonra prezidentə məruzə olunacaq. Hətta Ə.Həsənovun korrupsiya fəaliyyəti ilə bağlı cinayət işi başlana bilər.
Ancaq bu, siyasi qərardan daha çox asılıdır. Lakin komitənin struktur islahatları nəticəsində ləğvi istisna deyil.
“Qaçqınkom” yüzlərlə köçkünü mənzillə təmin etmir, evləri məmurlara satır. Hesablama Palatasının sonuncu yoxlaması da komitədə korrupsiya faktlarını aşkara çıxarmışdı.
Artıq müasir dövrümüzün şərtləri, həmçinin məcburi köçkünlərin mütləq əksəriyyətinin yerbəyer edilməsi, onların bəlli ünvanlarının olması səbəbindən Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması məsələsi, ən əsası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğvi zərurətə çevrilib.
Bununla bağlı deputatlar - Çingiz Qənizadə və Hikmət Babaoğlu parlamentdə təkliflər səsləndiriblər, həmçinin “Qaçqınkom”un ləğvini şərtləndirən səbəbləri açıqlayıblar.
Bəli, bu deputatların dediklərində həqiqət payı böyükdür.
Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər.
Hansı ki, bu gün həmin işləri ümumi qaydada “Qaçqınkom” həyata keçirir. Nəticədə isə bu qurum korrupsiya yuvasına çevrilib.
Bəllidir ki, məcburi köçkünlərin istifadə etdiyi işıq, qaz, suya görə müəyyən biri limiti var və bunu ümumi balans kimi “Qaçqınkom” dövlət büdcəsindən ayrılan pullar hesabına ödəyir.
Məsələ isə ondadır ki, Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri ilə bağlı məsələləri təftiş edərkən böyük çatışmazlıqlar və mənimsəmə faktları aşkarlayıb.
Limitdən artıq xərclər üzə çıxıb; yoxlamalar zamanı 283,2 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-c ilin birinci rübündə də “Qaçqınkom”da aparılan yoxlamalar zamanı təxminən bu qədər yeyinti aşkarlayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.