SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » MTN toruna düşən bazar “əl dəyişdi”: Sabiq başçı ilə yeznəsi didişir

MTN toruna düşən bazar “əl dəyişdi”: Sabiq başçı ilə yeznəsi didişir

Tarix:

3-08-2017, 09:17

/ 58 491 dəfə oxundu.
MTN toruna düşən bazar “əl dəyişdi”: Sabiq başçı ilə yeznəsi didişir

“Təzə Bazar” MMC ləğv olunub. Bazarın səhmdarları dəyişib; Belə demək olarsa, ticarət mərkəzi əl dəyişib və “Təzə bazar”ın təzə sahibləri var...
“Vergilər” qəzeti yazıb ki, kreditorlar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1, ev 129 ünvanına müraciət edə bilərlər. Bu ilin aprel ayında bazarda güclü yanğın baş vermişdi. Bəzi iddialara görə, bazar yandırılmışdı.
Çünki bu yer uğrunda amansız didişmə gedirdi. MMC-nin ləğvi və səhmdarların dəyişməsi də məhz bazaar sahiblik etmək istəyən qüvvələrin mübarizəsinin nəticəsidir.
“Təzə Bazar” MMC-nin sahibləri olan Vaqif Şıxəliyev və vaxtilə yeznəsi olan Məmmədağa İbrahimov arasında ciddi narazılıq mövcuddur. Hətta bu narazılıq mülk davasına kimi gəlib çatıb.
Belə ki, uzun zamandır "Bakı Mərkəzi Bazar" MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, "Təzə Bazar" MMC-yə hər iki iş adamı şərik olub.
Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.
Hər iki tərəf - Vaqif Şıxəliyev və Məmmədağa İbrahimov hər zaman şərikinin ixtiyarında olan bazara zərər yetirmək, ona ziyan vurmaqda maraqlı olublar. Bu baxımdan istintaq orqanları xırda incəliklərə diqqət etməlidir.
Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.
Ötən il isə “Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib. Ölümlə hədələnən iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, bu barədə məlumat verib.
1957-ci il təvəllüdlü iş adamı polisə müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib.
Bu mənada sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin də əli ola bilər.
Mediada yayılan xəbərlərə görə, Məmmədağa İbrahimov Milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi tanınıb. Bazar MTN toruna düşüb və bazarda rəhbərliyi sabiq nazir həyata keçirib.
Qeyd edək ki, “Təzə bazar” paytaxtın ən prestijli obyektlərindən sayılır. Bu bazarda Bakının imkanlı adamları alış-veriş edirlər.
Bakı bazarlarının içərisində ən gəlirli bazar da bu obyekt sayılır. Bazarın yerləşdiyi ərazi də burda alverin daha yaxşı getməsinə imkan yaradır.

Şərhlər

XƏBƏR LENTİ