Salyanda kül olan “Ulduz” restoranı hansı məmur oğlunundur?
Bir neçə gün əvvəl Ələt-Astara avtomobil yolunun Salyan rayonun Yenikənd kəndindən keçən 36-cı km-dəki məşhur “Ulduz” restoranı yanaraq kül olub. Yayılan məlumatda qeyd olunurdu ki, kənd sakini İslam Salayevə məxsus bu restoran müştəriləri cəlb etməsinə görə ən məşhur obyekt idi.
Hazırda kafenin qarşısında böyük çadır qurulub və müstərilərə çadırda xidmət göstərilir. Elə isə maraqlıdır? Külə dönən bu məşhur “Ulduz” restoranının əsl sahibi kimdir? Bu restoran hansı yüksək çinli məmurun oğluna məxsusdur?
Daxil olan məlumata görə, restorandakı yanğının telekanallarda yayımlanmasının qarşısı rayon icra hakimiyyətindəki yüksək çinli məmur və ya məmurlar tərəfindən alınıb. Heç bir telekanal bu hadisəni lentə alaraq yayımlamayıb. Yəni restoranın əsl sahibi yanğın hadisənin baş verdiyini şişirtmək və telekanallarda göstərilməsini istəməyib. Daha bir maraqlı məqam restoranın nədən yanmasıdır.
Yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.
Bizimxeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...