SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Əli Abbasov bizi burda qoyub, özü kresloda oturur” - “Rabitə işi”

“Əli Abbasov bizi burda qoyub, özü kresloda oturur” - “Rabitə işi”

Tarix:

25-07-2017, 17:20

/ 79 504 dəfə oxundu.
“Əli Abbasov bizi burda qoyub, özü kresloda oturur” - “Rabitə işi”

Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov son sözündə sərt çıxış edərək Əli Abbasovun azadlıqda qalmasına irad bildirib:
“1993-cü ildə Azərbaycanda optik kabel olmadığı üçün mən və başqa 4 nəfər olmaqla optik kabelin nə olduğunu və necə işləməsini öyrənmək üçün Türkiyə göndərildik. Orada optik kabelin calanmasını və fəaliyyətini tək mən öyrənə bildim. Bu dövr ərzində rabitə sahəsində gördüyüm işlərə görə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. Amma son dövrlərdə məndən qabaq da işləyənlərin də Rabitə Nazirliyində nüfuzu qalmadı. Buna səbəb olan insan özü çöldə, azadlıqdadır. Biz isə barmaqlıqlar arxasında qalmışıq. Biz atla, eşşəklə kənd ATS-lərinə getmişik və orada işləmişik. Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndidə bizi burada qoyub özü kresloda oturur. Mənim onunla bir əlaqəm yoxdur. Mən rabitəçi kimi deyirəm ki, mən nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən də onu kirlətməyini gözləməzdim. Mən qazandıqlarımı tək yesəydim, mənim də başımın altında nağd şəkildə pulum və işləyən obyektlərim olardı. Xahiş edirəm mənim dediklərimi ciddiyə alasınız və mənə ədalətdi qərar verəsiniz.
Mən Rabitə Nazirliyinin indiki rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar sağ olsunlar ki, Əli Abbasovun yerə vurduğu rabitəçi kimi nüfuzumu çox yüksəklərə qaldırdılar. Mənə verdikləri məktubu siz nəzərə almasanız da, o məktub mənim üçün azadlıq deməkdir. Azərbaycan Respublikasının qanunlarında əgər zərərçəkmişin sənə qarşı heç bir iddiası yoxdursa və hərəkətində ictimaiyyətə zəruri zərər yoxdursa səni həbsdə saxlamırlar. Yəqin ki, kiminsə balışının altında varı, mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa, bizim kimi barmaqlar arxasında çürüyür. Bilsəydim ki, elədiyim yaxşılıqlar dövlətimizin bəzi orqanları tərəfindən nəzərə alınmayacaq, pulumu yığardım balışımın altına. İndidə 70-ci maddənin nəticəsini gözləyərdim”.

Şərhlər

XƏBƏR LENTİ